24-01-2024, 23:01 495

Qərbi Azərbaycan Xronikası: Ərtikdə türk izlərinin itirilməsi planı

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə fitnəkar erməni siyasətinin düşünülmüş qurbanı olan rayonlardan biri - Ərtik rayonu haqqında süjet hazırlanıb.

"Report" xəbər verir ki, “V əsrə aid türk-xristian məbədinin mövcud olduğu məkan” adlı süjetdə XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ərazilərinə ermənilərin süni şəkildə yerləşdirilməsindən sonra xalqımıza məxsus şəhər və kəndlərin izinin itirilməsi prosesinə başlanıldığı, bunun nəticəsində yüzlərlə mədəniyyət, dini abidələrin dağıdıldığı, mənimsənildiyi və vandalizmə məruz qaldığı vurğulanır.

Bildirilir ki, Ərtik rayonu Qərbi Azərbaycanın, indiki Ermənistanın Şörəyel mahalı ərazisində Alagöz dağının şimal-qərb ətəyində yerləşir. Ərtik yaxınlığında eramızdan əvvəl XIV-XI əsrlərə aid katakombaların aşkar edilməsi bu məkanın qədimliyini göstərir. Ərtik İrəvan quberniyasının Gümrü-Aleksandropol qəzasında, indiki Artik rayonunda kənd adı kimi də tanınıb. Həmin qəzada XIX əsrin axırlarında Ərtik adlı kənd xarabalığı da mövcud olub. 1728-ci il Osmanlı icmal dəftərində adı qeyd edilən Ərtik Şörəyel mahalının mərkəzi sayılıb və əhalisi Azərbaycan türklərindən ibarət olub. 1804-cü ildə rus qoşunlarının bu ərazini işğal etməsindən sonra yerli müsəlman-türk əhalisinin başqa yerlərə böyük köçü başlayıb. 1878-ci ildə Azərbaycan türkləri bu ərazidən tam qovulub və ermənilər yerləşdirilib. Şörəyel mahalının Rusiya tərəfindən işğal olunmuş hissəsi 1920-1930-cu illərdə Ermənistan SSR rayonlaşdırılarkən 3 inzibati rayona – Düzkənd, Agin və Ərtik rayonlarına bölünüb. Rayon ərazisində Şirvancıq kəndində V əsrə aid Şirvancıq türk-xristian məbədi, Qıpçaq kəndində 1201-ci ildə tikilən qədim Qıpçaq türk qalası və Qıpçaq məbədi də mövcuddur.

Diqqətə çatdırılır ki, 1946-cı il mayın 31-də kəndin türkcə Qıpçaq adı dəyişdirilərək Ariç, məbədin adı isə Ariçavəng qoyulub: “Məbədin yerləşdiyi Qıpçaq kəndi qədimdən türk-oğuz boylarının ana yurdu olub. Bu yerlərə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlayıb. Haylar bura İrandan və Türkiyədən köçürülüblər. 1930-cu il sentyabrın 9-da yaradılan Ərtik rayonu 1995-ci ilədək indiki Ermənistanın tərkibində inzibati-ərazi vahidi olub. Ermənilər ərazisi 632 kvadrat kilometr olan bu rayonu Artik adlandırıblar. Ərtik 1945-i ildən respublika tabeli şəhər olub. Rayon 1962-ci ildə ləğv olunub, lakin 1964-cü ildə yenidən bərpa edilib. 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı rayon ləğv olunaraq Şirak mərzliyinin tərkibinə daxil edilib. Ümumilikdə, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif fərmanları ilə rayon üzrə 31 tarixi yer adı dəyişdirilib”.

Sonda vurğulanır ki, qədim türk torpağı olan Ərtik rayonunun çox zəngin tarixi, burada yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi var: “Məhz bu irsi qoruyub saxlamaq, yaşatmaq üçün mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıtmaq vacib şərtdir və hər bir Qərbi azərbaycanlının mənəvi borcudur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Ətraflı Baku TV-nin süjetində:

Paylaş

Xəbər lenti

Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR