25-01-2024, 17:33 642

Nikol Paşinyanın

Bu gün Cənubi Qafqaz regionunun əsas gündəliyi Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlıdır. 2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə keçirilmiş birgünlük antiterror əməliyyatlarından sonra regionda sülh üçün yeni imkan yarandı. Bunu rəsmi İrəvan da, üçüncü tərəflər də etiraf edirlər. Regional əməkdaşlıq və sülh heç vaxt indiki kimi real olmayıb. Xüsusilə nəzərə almaq lazımdır ki, Qarabağdakı xunta rejiminin ləğvi ilə sülhə gedən əsas baryerlərdən biri aradan qaldırıldı.

Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də sülh sazişi imzalanmayıb. Ermənistan rəsmiləri, o cümlədən baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digərləri, demək olar ki, bütün çıxışlarında sülhdə səmimi olduqlarını deyirlər. Amma iş orasındadır ki, İrəvan sözdə dediklərini əməldə göstərə bilmir.

Beynəlxalq institutlar da bu məzmunlu proqnozlar, hesabatlar hazırlayırlar. Məsələn, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yanvarın 23-də hazırladığı hesabatda bildirmişdi ki, Nikol Paşinyan özünü sülhpərvər kimi göstərsə də, əslində, az gücə malikdir. Bildirilib ki, Paşinyan özünü sülh naminə fədakar kimi təqdim etməyə çalışır, amma bu iqtidarda deyil.

Əslində, Ermənistan hökumət başçısı reallıqları qiymətləndirməyi bacaran siyasətçidir. Onun atdığı bəzi addımlar, o cümlədən Ermənistanda Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan konstitusiyanın dəyişdirilməsi məsələsinin gündəmə gəlməsi belə qənaətə gəlməyə əsas verir. Amma sülh sazişinin ləngiməsi məhz Ermənistanla bağlıdır. Başlıca səbəb odur ki, Ermənistan hakimiyyəti lazımi siyasi iradəyə sahib deyil. Bu gün Paşinyan hakimiyyətinə həm xaricdən, həm də daxildən təzyiqlər göstərilir.

Müxtəlif beynəlxalq oyunçuların, o cümlədən Rusiyanın, ABŞ-nin, Fransanın, İranın, Hindistanın Cənubi Qafqazla bağlı maraqları var. Bu aktorlar öz maraqlarını təmin etmək üçün məhz Ermənistandan istifadə edirlər. Onlar bəzən İrəvana təzyiq göstərir, bəzən də şirnikləndirmə yolu ilə təhrik edirlər. Məsələn, Ermənistandakı Rusiya hərbi bazasının mövcudluğu rəsmi İrəvan üçün sözün əsl mənasında “Domokl qılıncı”dır. Fransa və Hindistan kimi dövlətlər Ermənistanı müntəzəm olaraq silahlandırmaqla revanşist istiqamətə meyilləndirirlər.

Yeri gəlmişkən, Ermənistan KİV-i bu gün - yanvarın 25-də məlumat yaydı ki, Ermənistanda ABŞ-nin 13-cü hərbi-bioloji laboratoriyasının yaradılmasına hazırlıq gedir. Bu da Vaşinqtonun İrəvana təzyiqinin artmasının göstəricisidir. Adını çəkdiyimiz dövlətlərin Ermənistanla bağlı siyasəti təxminən “pulu ödəyən sifarişi verər” prinsipini xatırladır. Bütün bunlar azmış kimi, Ermənistan daxilindəki radikallar, ayrı-ayrı ölkələrdəki erməni lobbisi və diasporu da Paşinyanın əl-qolunu bağlayır. Məhz buna görə də ABŞ institutu deyir ki, Paşinyan sülh istəməsinə baxmayaraq, bunun üçün lazımi gücə malik deyil.

Paşinyanın reallıqları qismən də olsa anlaması məhz Azərbaycanın qətiyyəti, habelə “dəmir yumruq” sayəsində mümkün olub. Üçüncü aktorların bəyanatlar və addımları həm də müəyyən qədər Ermənistanın “başının altına yastıq qoymaqdır”. İrəvan özünü təhlükəsiz hiss edir və elə bilir ki, bu güclər ona əbədi havadarlıq edəcəklər. Halbuki ABŞ-nin, Rusiyanın, Fransanın ayrı-ayrı bölgələrdəki siyasətləri Ermənistan hakimiyyəti üçün dərs olmalıdır. Ağ Evin Şərqi Avropa, Yaxın Şərq siyasəti, həmçinin Fransanın neokolonializm siyasəti, ayrı-ayrı Afrika ölkələrində həyata keçirdiyi müstəmləkəçilikdən İrəvan nəticə çıxarmalıdır. Bu, Ermənistanın öz dövlətçiliyi üçündür.

Paşinyan hakimiyyəti ona təsir imkanı olan bütün tərəfləri qane etməyə çalışır. Bu isə əslində bumeranq effekti verir - Ermənistanda kənar güclərin rəqabəti güclənir, sülh prosesi uzanır. Bu gün Ermənistanda Qərblə Rusiya arasında davam edən diplomatik mübarizənin gələcəkdə hərbi müstəviyə keçməsi qətiyyən istisna deyil. Belə olan halda İrəvan üçün ən yaxşı variant regional əməkdaşlıq mühitinin təmin edilməsi, Ankara və Bakı ilə münasibətlərin normallaşmasıdır. Bu, bölgədə yeni təhlükəsizlik çətirinin formalaşması və dolayısı ilə Ermənistanın təhlükəsizliyinin təmin olunması deməkdir. Nəticə etibarilə İrəvana kənar güclərin təzyiq və təsirləri xeyli azalacaq, Ermənistan dövlətçiliyinin gələcəyi üçün yeni perspektivlər formalaşacaq. Beləliklə, bu, ilkin mərhələdə müəyyən qədər riskli olsa da, Paşinyan siyasi iradə nümayiş etdirməli, sürətlə onun üzərinə gələn nəhəng "dalğa"ların altından çıxmalıdır.

Paylaş

Xəbər lenti

"Böyük Qayıdış" davam edir: Növbəti köç karvanı ilə 83 ailə yola salınıb Bu gün, 08:48 Lənkəranda qaz xətti zədələnib, kəndlər qazsız qalıb Bu gün, 08:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyiti tapıldı - Müəmmalı ölümlə bağlı detallar Bu gün, 08:48 Azərbaycanəsilli məşhur müğənni niyə gözə dəymir? - Səbəb Bu gün, 08:48 Azərbaycan millisi Andorranı məğlub etdi Bu gün, 00:48 Tez yorulan 5 bürc – Enerjiləri tez tükənir Bu gün, 00:48 Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür Bu gün, 00:48 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib Bu gün, 00:48 Rahat yatmaq üçün axşam yeməyində hansı yeməyi seçmək lazımdır? Dünən, 23:48 Şəmkirdə evdə kişi və qadın meyiti aşkarlanıb Dünən, 23:48 "Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı Dünən, 23:48 Cənubi Koreyada imtahan birincisi süni intellektlə köçürdüyünü etiraf etdi Dünən, 23:48 Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol Dünən, 23:48 Hikmət Hacıyev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb Dünən, 23:48 Xəzər rayonunda toydan çıxan piyadanı avtomobil vurdu Dünən, 23:48 Azərbaycanda daha bir həkim vəfat etdi Dünən, 22:48 Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı Dünən, 22:48 Bakıda 50 illik park məhv olur: Villalardan tonlarla zibil tökülür Dünən, 22:48 17 noyabrda "rəqəmsal qiyamət" baş verəcək? Ekspertlərdən açıqlama Dünən, 22:48 Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib Dünən, 22:48 Bakıda uşaq və əlil arabası ilə hərəkət etmək çətinləşib – Sakinlər səkilərin vəziyyətindən şikayətçidir Dünən, 22:48 Azərbaycan millisinin 2 boksçusu U-23 Avropa çempionatına qələbə ilə başlayıb Dünən, 21:48 HONOR Çində Android smartfon brendləri arasında 1-ci yerdə Dünən, 21:48 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? Dünən, 21:48 Adil Qeybulladan süni intellektlə müalicə olunanlara XƏBƏRDARLIQ Dünən, 21:48 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar Dünən, 21:48 Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI Dünən, 21:48 Almaniya kansleri şəxsi təyyarəsini satdı: Pilot lisenziyası dayandırıldı Dünən, 21:48 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi Dünən, 21:48 "SOCAR Petroleum": "Naxçıvana avtomobil benzininin tədarükündə heç bir problem yoxdur" Dünən, 21:48 İşini itirən şəxsin kredit borcunu sığorta şirkəti ödəyə bilər Dünən, 21:48 Andrey Sibiqa Azərbaycanı BTİ-nin rəhbər orqanlarına seçilməsi münasibətilə təbrik edib Dünən, 19:48 Bakıda turistləri daşıyan mikroavtobus yoldan çıxaraq maneəyə çırpıldı: Ağır yaralı var Dünən, 19:48 Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək? Dünən, 19:48 Azərbaycanın borcundan 20 dəfə çox pulu var: Bəs 2027-ci ildə bizi nə gözləyir? Dünən, 19:48 Bakıda dünən aşan ağac kəsilərək ərazidən götürülüb Dünən, 19:48 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu Dünən, 19:48 Heydərli kəndinin tarixi: Deportasiyadan sonra geriyə qalan yaddaş izləri Dünən, 18:48 Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib Dünən, 18:48 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT Dünən, 18:48 Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK - 9 milyonluq LAYİHƏ Dünən, 18:48 Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? Dünən, 18:48 Azərbaycan və Böyük Britaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib Dünən, 18:48 Məşhur aktrisa müflis oldu, stressdən ayaqları tutuldu Dünən, 17:48 Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda ildə 2 milyon ting yetişdirəcək meşə təlim mərkəzi yaradıb Dünən, 17:48 Nizami Gəncəvi parkında təhlükəli vəziyyət aradan qaldırılır Dünən, 17:48 Bakıda dünən aşan ağac hələ də götürülməyib Dünən, 17:48 Deputatdan təklif: "100 nəhəng şirkət Azərbaycana cəlb olunsun" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR