
Azərbaycan Minatəmizləmə Agentliyinin Əməliyyat İdarəsinin rəisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Rahib Quliyev bu il 7033.6 hektar ərazinin partlamamış mina və hərbi sursatdan təmizlənməsinin nəzərdə tutlduğunu bildirib.
"AVESTA.AZ" xəbər verir ki, o, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.
R.Quliyev qeyd edib ki, 2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 5426.5 hektar ərazi sifariş olunub:
"Bunun da 926 hektarı mina və partlamamış hərbi sursatdan təmizlənib. 2024- cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritetləri üzrə həmin ərazilərin mina və partlamamış hərbi sursatdan təmizlənməsi planlaşdırılıb".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.