31-08-2022, 17:00 501

Rusiya-Ukrayna müharibəsi Azərbaycanda nar istehsalını bahalaşdırıb

Rusiya və Ukrayna arasındakı müharibə Azərbaycanda istehsal olunan narın maya dəyərini artırıb.

Bunu "AVESTA.AZ"a açıqlamasında “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” (ANİİA) İctimai Birliyinin sədri Fərhad Qaraşov bildirib.

"Ədalətli qiymət 2 manatdan az olmamalıdır"

"Müharibəyə görə ölkəyə idxal edilən dərman, gübrə və digər texniki qulluq vasitələrinin qiyməti 30-50 % artıb. Bunun da narın maya dəyərinə birbaşa təsiri var. Bununla belə, bəzi işbazların fermerlərimizin əziyyətini və maya dəyərində baş verən dəyişikliyi nəzərə almadan, müxtəlif səbəblər göstərərək, məhsulları aşağı qiymətə almaq cəhdlərini müşahidə edirik. Odur ki, istehsalçılara səslənirik ki, narı tez satmağa, ucuz verməyə tələsməsinlər. Hesab edirik ki, narın 1 kiloqramı üçün ədalətli topdansatışı qiyməti 2 manatdan az olmamalıdır", - deyə o, qeyd edib.

"Bu il azı ötənilki qədər nar yığacağıq”.

F.Qaraşovun sözlərinə görə, artıq Azərbaycanda nar yetişmək üzrədir: "Sentyabrın ortalarından Mil-Muğan və Aran regionlarının müəyyən hissələrində yığıma başlanıla bilər. Amma ölkə üzrə ümumi yığımın sentyabrın sonu, oktyabrın əvvəlində başlayacağını gözləyirik. Aprel-may aylarında havalar sərin keçdiyi üçün nar gec çiçəklənib. Odur ki, bu il yığımla bağlı bir az yubanmalar olacaq. Amma ötən illə müqayisədə daha çox məhsuldarlıq əldə etmək arzusundayıq. 2016-cı ildən bəri nəzər salanda hər il ümumi məhsuldarlıqda 5-10 %-lik artım olub. Nəzərə alsaq ki, yeni nar bağları salınır. Bu il azı ötənilki qədər nar yığacağıq".

"Əsas ixrac bazarı yenə Rusiya olacaq"

Assosiasiya sədri deyir ki, ötən il olduğu kimi bu il də Azərbaycan narının əsas ixrac bazarı Rusiya olacaq. "Ötən il bu ölkəyə 14 tona yaxın məhsul göndərilib. Bu il bu rəqəmin nə qədər olacağı hələ ki, məlum deyil. Əvvəlki illərdə nar satdığımız Ukrayna bazarını isə müharibəyə görə qismən itirilmiş hesab edirik. Paralel olaraq Körfəz ölkələri ilə danışıqlar aparılır. Qətərə ötən il ixrac həyata keçirilib. Bu il onu artırmağı düşünürük. Qazaxıstan bazarını da nəzərdən keçiririk, bu bazar bizim üçün strateji və mənfəətli bazar sayılır. Avropa ölkələri əsas hədəflərimizdir. Ötən il bir neçə bağ sahibi “Global Gap” sertifikatı alıb. Onlar rahat şəkildə Avropa ölkələrinə ixrac həyata keçirə biliblər. Bu il onlar həcmi artıracaqlar".

"İxrac təşviqinin ödənilməsi bərpa edilsin"

Onun sözlərinə görə, 2015-2020-ci illərdə Azərbaycanda nar ixracatçılarına dövlət ixrac təşviqi ödəyib və narçılıq sahəsi həmin mexanizmdən bəhrələnib: "İxrac edilən məhsulun ümumi dəyərinin 3%-ni dövlət bizə ödəyirdi. Artıq 2 ildir ki, bu mexanizm yoxdur. Ümumiyyətlə, nar çəki itirən meyvə olduğu üçün Rusiyanın satış nöqtələrinə çatana qədər çəkisini 30-40% itirirdi. Odur ki, 3%-lik ixrac təşviqi bizim üçün çox vacib idi. Onun bərpasına dair İqtisadiyyat Nazirliyinə müraciət etmək istəyirik”.

"Fermelər damcılı suvarmdan istifadə etsinlər"

Sonra F.Qaraşov nar istehsalçılarına tövsiyyə edib ki, damcılı suvarma sistemlərindən istifadə etsinlər: “Bu, daha çox məhsul yığımağa imkan verəcək. Hazırda dünyada su ilə bağlı çətinliklər var. Azərbaycanın da şirin su ehtiyatlarının 70-72 %-i ölkə hüdudlarından kənarda formalaşır. Ona görə də bağlarda damcılı suvarmanın tətbiqi qaçılmazdır. Bu üsul selləmə üsulundan daha faydalıdır. Həm suya qənaət edilir, həm də gübrə və pestisidlərdən istifadə effektiv olur".

Xatırladaq ki, ötən il Azərbaycanda 185 min ton nar yığılıb. Bunun 22 min tonu ixrac edilib. Nar ölkəyə 29,3 milyon ABŞ dolları ixrac gəliri gətirib.

Paylaş

Xəbər lenti

Rusiyada sirkdə panika: pələng tamaşaçılar tərəfə atılıb Bu gün, 00:48 Hansı xarakterlər bir-biri ilə uyğunlaşmır? – mütəxəssislər izah edir Dünən, 23:48 Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr Dünən, 23:48 Hər yerə gecikən bürclər açıqlanıb Dünən, 23:48 Gənc oğlanın meyiti evin həyətində aşkarlandı Dünən, 22:48 Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb Dünən, 22:48 Avstriyada uşaq qidasında zəhər aşkarlanıb – məhsullar geri çağırıldı Dünən, 22:48 Tramp bir saatda 32 paylaşım etdi – diqqət Yaxın Şərqə yönəldi Dünən, 21:48 Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub Dünən, 21:48 "Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT Dünən, 21:48 ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir Dünən, 20:48 Ukraynalı uşaqların yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 20:48 ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub Dünən, 20:48 Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular Dünən, 20:48 Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur Dünən, 19:48 Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu Dünən, 19:48 Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Dünən, 19:48 Şahin Bağırov: "Azərbaycanda voleybolun inkişafına tam əminəm" Dünən, 19:48 Tailand gəmisi Hörmüz boğazını tərk edib Dünən, 18:48 Tramp İrana sərt xəbərdarlıq etdi: "Razılaşma olmasa, infrastrukturu məhv edəcəyik" Dünən, 18:48 Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? Dünən, 18:48 İran raket və dron ehtiyatlarını sürətlə bərpa edir Dünən, 18:48 Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birgə fotosu beynəlxalq ictimaiyyətə həmrəylik MESAJIDIR Dünən, 17:48 Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb Dünən, 17:48 Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır Dünən, 17:48 Bakıda sürücülər arasında gərginlik qəza ilə nəticələndi Dünən, 16:48 Hava kəskin dəyişir: Temperatur 8 dərəcəyədək enəcək, yağış və sel təhlükəsi var Dünən, 16:48 Aleksandar Vuçiç İlham Əliyevə zəng edib Dünən, 16:48 Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan Dünən, 16:48 "Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz Dünən, 16:48 Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib Dünən, 16:48 Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək Dünən, 16:48 Sürücülərin DİQQƏTİNƏ! Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ Dünən, 15:48 Bakıda ikimərtəbəli evdə yanğın olub Dünən, 15:48 Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub Dünən, 15:48 DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb Dünən, 15:48 Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Dünən, 15:48 "Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? Dünən, 15:48 Ağdamda minik avtomobili yanıb Dünən, 14:48 Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var Dünən, 14:48 Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı Dünən, 14:48 Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb Dünən, 14:48 Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir Dünən, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib Dünən, 13:48 "Kızılcık Şerbeti"nə yeni tanınmış aktyor gəlir Dünən, 13:48 Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ Dünən, 13:48 "Sabah" növbəti tur çempion ola bilər - "Qarabağ" üçün üçüncülük təhlükəsi Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR