28-01-2024, 06:13 530

The Economist: Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır

ABŞ-də cənub sərhədindən qaynaqlanan yeni bir miqrasiya dalğası onsuz da yüklənmiş sistemi daha da gərir və bu Prezident Cozef Baydenə seçkilərdə baha başa gələ bilər.

“AVESTA.AZ” “The Economist”in “Amerikanın immiqrasiya siyasəti iflasa uğrayır” sərlövhəli məqaləsini təqdim edir:

Deməli, Amerikaya gəlmək istəyirsiniz. Ölkəniz Venesuela Nikolas Maduronun qəddar kleptokratiyasından əziyyət çəkir. Nə etməli? Yaşıl kart (“green card” – red.) almaqda uğurlar: işəgötürənlər sizin kimi aşağıixtisaslı işçiyə sponsorluq edəsi deyil, həm də Amerikada arxalanacağınız yaxın qohumunuz yoxdur. Vatsapınız Amerikanın cənub sərhədini keçən dostların xəbərləri ilə doludur. Onların yolu ilə getmək qərarına gəlirsiniz və cəhənnəm səyahətindən sonra Rio-Qrandeyə çatırsınız. Gözə dəymədən sürüşüb keçə bilərsiniz – keçən il təxminən 600 min qaçaq bunu bacarıb. Yaxud sizi saxlamış sərhədçilərə sığınacaq istədiyinizi söyləyə bilərsiniz. Çox güman ki, onlar sizi bir neçə aydan sonra təyin edilmiş məhkəmə tarixi ilə azad edəcəklər və illərlə çəkə biləcək bir prosesə başlayacaqlar. Amerikaya xoş gəlmisiniz.

2023-cü ilin noyabrında 250 minə yaxın miqrant cənub sərhədini keçib. Bu sıçrayış və Amerikanın sərhədlərinin açıq qaldığı duyğusu prezident Cozef Bayden üçün nəhəng siyasi məsuliyyətdir. Amerikalıların yalnız 27 %-i sosioloqlara onun sərhədlə bağlı hərəkətlərini təqdir etdiklərini bildirib. Bu məsələdə Donald Trampa etibar edənlər iki dəfədən çoxdur. Cənub sərhədində artan miqrasiyanın cənab Baydenə noyabrda keçiriləcək seçkilərdə baha başa gələ bilməsi bu problemin həllini çətinləşdirir. Sərhəd təhlükəsizliyi və sığınacaq məhdudiyyətləri müqabilində Ukraynanın maliyyələşdirilməsinə dair razılaşma üzərində mübahisə aylarla uzanıb. Senat liderləri razılaşmaya yaxın olduqlarını bildirsələr də, bəzi respublikaçılar, o cümlədən cənab Tramp sərhəddəki xaosun daha da böyüməsini və seçki kampaniyası zamanı onu Baydenin başına daha yaxşı qaxmaq istəyir.

Bu sıçrayış bir neçə amillə açıqlana bilər: dünyada zorakılıq və qeyri-sabitlik; Amerikada çoxlu iş yerləri; cənab Baydenin sələfindən daha qonaqpərvər olduğu barədə dəqiq təsəvvür; qanuni olaraq gəlmək üçün yöndəmsiz, məhdud yollar. Kato İnstitutundan Devid Bier qeyd edir ki, ifrat yüklənmiş sərhəd aparatı daha çox keçidə yol açır. İnsanlar həbs olunma və deportasiya olunma ehtimalının az olduğunu eşidəndə şansını daha çox sınayır.

Onilliklər boyu laqeydlik və partiyalararası dava Amerikanın immiqrasiya sisteminə ziyan vurub və elə bir vəziyyət yaranıb ki, immiqrantlar uzunmüddətli səylərin əvəzinə sığınacaq axtarışına ölkəyə daxil olmağın ən etibarlı yolu kimi baxırlar. Konqres immiqrasiya qanununda sonuncu mənalı islahatı 1990-cı ildə edib. O vaxtdan bəri hərtərəfli ikipartiyalı islahatlar bir neçə dəfə yaxın görünsə də, hər dəfə süquta uğrayıb. 2006, 2007 və 2013-cü illərdə Senatın ikipartiyalı qanun layihələrinə sənədsiz immiqrantlar üçün vətəndaşlıq imkanı, işçilər üçün daha çox viza və sərhəddə daha sərt tətbiqlər daxil idi. Son illərdə demokratlar əsasən DACA daşıyıcılarını, yəni Amerikaya uşaq ikən gətirilmiş mühacirləri deportasiyadan qorumaq arzusu ilə canlanıblar.

Cənab Trampın namizədliyi immiqrasiya siyasətini alt-üst edib. O, 2015-ci ildə kampaniyasına başlayanda ölkə üzrə saxlanılmış miqrantların sayı 1971-ci ildən bəri ən aşağı səviyyədə idi. Bu fakt, sözsüz, cənab Trampın miqrantların Amerikanın həyat tərzini təhdid etdiyini bəyan etməsinə əngəl olmayıb (“Onlar narkotik gətirirlər. Cinayət gətirirlər. Onlar təcavüzkardırlar. Bəziləri isə, yəqin ki, yaxşı insanlardır”). 2019-cu ildə cənub sərhədində qanunsuz girişlərin sayı anidən artıb. Cənab Tramp həbsi çəkindirmə vasitəsi kimi görüb və sığınacaq iddiaları gözlənilən bəzi miqrantları Meksikada gözləməyə məcbur edib. Bir vaxtlar onun prezidentliyi dövründə 57 minə yaxın insan saxlanılıb. Sıçrayış o qədər böyük idi ki, hətta cənab Tramp miqrantların dörddəbirini immiqrasiya məhkəməsində iştirak vərəqəsi ilə (NTA) tez bir zamanda ölkəyə buraxıb.

Cənab Bayden həbslərin sayını azaldıb (bu gün həbsdə olanların sayı təxminən 38 mindir) və Meksikada qalmaq tələbini ləğv edib. O, daha az təsirli vasitələri sınayıb. Onun administrasiyası miqrantları smartfon aplikasiyası vasitəsilə təyin olunmuş görüşlər üçün gəldikləri giriş nöqtələrinə yönəltmək istəyir. Əksəriyyəti bir və ya iki il qalmaq icazəsi ilə qəbul edilir. Əksinə, qanunsuz yolla ölkəyə daxil olmuş insanlar bir neçə kiçik istisna olmaqla, sığınacaq üçün uyğun olmayan hesab edilir və dərhal deportasiya edilirlər.

Ən azı bu belə işləməlidir. Reallıqda qanunsuz yollarla keçən miqrantların əksəriyyəti hələ də ölkəyə buraxılır və qanunsuz gələnlər rəsmi keçidlərdə olanları xeyli üstələyir. Bir gün Amerika torpağına ayaq basmış bir miqrant sığınacaq tələb edə bilər, bu da sığınacaq məmurunun onu yoxlanışdan keçirməsini nəzərdə tutur. Cənab Baydenin həbsləri davam etdirmək istəməməsi və sığınacaq məmurlarının sayının yetərsiz olması səbəbindən noyabr ayında hər on nəfərdən yeddisinə məhkəmədə iştirak vərəqəsi verilib və yola salınıb.

Ötən il Bayden administrasiyası ərizəçilərin Amerikada maliyyə sponsoru tapdığı halda, hər ay 30 min kubalı, haitili, nikaraqualı və venesuelalını şərti azadlığa buraxmağa başlayıb. Yenə məqsəd axınları daha nizamlı etmək və qanunsuz daxilolmaları azaltmaq olub. İqamət icazəsi ikiilliyinə verilir, lakin istənilən vaxt ləğv edilə bilər. Haitililərin, nikaraqualıların və kubalıların qanunsuz keçidləri kəskin şəkildə azalıb. Amma Amerika ilə sosial əlaqələri daha az olan venesuelalılar qanunsuz şəkildə daxil olmağa davam edirlər. “İndi gələn venesuelalıların əksəriyyətinin ailəsi, dostları, qohumları yoxdur”, – Buş və Obama administrasiyalarında Daxili Təhlükəsizlik Departamentində çalışmış Tereza Kardinal Braun deyib.

Sərhədi keçdikdən sonra miqrantlar şəhərlərə üz tuturlar. Nyu-York, Çikaqo və Denverdəki sığınacaq sistemləri yüklənib və onların merləri cənab Baydendən yardım istəyirlər. Bu, qismən demokratların idarə etdiyi şəhərlərə miqrantları daşıyan Texasın respublikaçı qubernatoru Qreq Ebbotun xidmətidir. Lakin böyük şəhərlər həm də miqrantlar üçün təbii maqnitdir.

Əlində məhkəmədə iştirak vərəqəsi ilə yenicə gələnlər məhkəmə sisteminə daxil olurlar, burada çözülməmiş işlərin sayı hakimlərin öhdəsindən gələ biləcəyindən daha sürətlə artır. Noyabrda immiqrasiya məhkəməsində işlərin sayı 3 milyonu ötüb. Sığınacaqla bağlı ilkin dinləməyə tarix almaq üçün orta hesabla dörd ildən çox vaxt lazımdır. Konqresin Tədqiqat Xidmətinin hesablamalarına görə, hakimlərin sayının iki dəfə artırılması yüklənməni aradan qaldıracaq, lakin bu, 2023-ci ilədək ancaq olacaq.

Sığınacaqla bağlı işlərin yarısı rədd edilir, qərarlar isə dəyişkəndir. Hyustonda hakimlərdən biri keçən il onun sığınacaq iddialarının 95 %-ni rədd edib; San-Fransiskodakı digəri onun yalnız 1%-ni rədd edib. Lakin uzunmüddətli gözləmə, həbs ehtimalının aşağı olması və Amerikada işləmək perspektivi iddiası zəif olan miqrantları sərhədi keçməyə həvəsləndirir. Kornell Hüquq Məktəbindən Stiven Yel-Lor qeyd edir ki, ən son gələnlərin işlərinə üstünlük vermək bu həvəsi azaldar. Görünür, mükafat məhkəmədə iştirak vərəqəsi deyil, deportasiya olarsa, uzun səyahət elə də cəlbedici olmayacaq.

Qarşıdakı seçkilər, cənab Trampın sərhəd məsələlərindəki hiss edilən gücü və cənab Baydenin Ukraynanı silahlandırmaq istəyi o deməkdir ki, prezidentin razılıq əldə etmək istəyi var. Onun daha sərt sərhəd mühafizəsinə hazır olması, şübhəsiz ki, amerikalıların immiqrasiya ilə bağlı sağçı yönündən qaynaqlanır. “YouGov”ın sorğusu göstərir ki, daha çox amerikalı cənub sərhədində divar tikintisinə üstünlük verir. Demokratların hətta 32 %-i bu ideyanı dəstəklədiklərini deyir, 2022-ci ildə bu rəqəm 20 % olub.

Nümayəndələr Palatasının və Senatın islahatlarla bağlı razılığa gələ bilib-bilməyəcəyi sual altındadır. Razılaşmaya sərhədçilərə daha çox maliyyə ayrılması, görüşlər müəyyən səviyyəyə çatarsa, miqrantların qəbulunu dayandırmaq imkanı, miqrantların müsahibədən keçmələri üçün daha yüksək yetərliliyin nəzərdə tutulması (belə ki sığınacağa uyğun gəlməyənlər ölkəyə buraxılmasınlar) və şərti azadlığa buraxılmaya məhdudiyyət daxildir. Sığınacaq qaydalarına edilən, yəqin ki, istənilən dəyişikliyə məhkəmələrdə etiraz ediləcək.

Lakin Nümayəndələr Palatasındakı respublikaçıları tez-tez sərt immiqrasiya qanun layihəsi olan HR2-dan başqa heç bir şeyi qəbul etməyəcəklərini təkid ediblər. Solçu proqressivistlər sığınacaq əldə etmək imkanını sərtləşdirmək istəmirlər. Hər iki qrup diqqətli olmalıdır. “The Economist” və “YouGov”ın yeni sorğusu göstərir ki, bir çox amerikalılar Konqresin həm Ukraynanı maliyyələşdirən, həm də sığınacaq verilməsini məhdudlaşdıran qanun layihəsini qəbul etməsini istəyir. Siyasətçilər öz seçicilərini diqqətdən kənarda qoymamalıdırlar.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR