28-01-2024, 10:00 540

Mayisə Ağamirzəyeva: Ermənistanın Haaqadakı səfirliyi önündəki aksiyamız mina terroruna qarşı yönəlib

Bu gün Niderlandda soydaşlarımız “Ana Vətən” Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Haaqadakı səfirliyi qarşısında bu ölkənin mina terroruna diqqət çəkmək məqsədilə etiraz aksiyası keçirəcək.

Birliyin sədri Mayisə Ağamirzəyeva “Report”un yerli bürosuna müsahibəsində aksiyanın məqsədləri barədə danışıb:

– “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin təşkil etdiyi bu nümayişin məqsədləri barədə ətraflı məlumat verə bilərsinizmi?

– Etiraz aksiyamız bu bazar günü, yanvarın 28-də Haaqada Ermənistan səfirliyinin qarşısında baş tutacaq. Əsas məqsəd odur ki, bizim hələ də minalanmış ərazilərimiz var və Ermənistan hələ də Azərbaycana mina sahələrinin dəqiq xəritələrini vermir. Ona görə də aksiyamız mina terroruna qarşı yönəlib, çünki nəticədə vətəndaşlarımız həlak olur, ermənilər bütün bunlara son qoymalı və bizə minalanmış ərazilərin xəritəsini verməlidirlər. Bu, aksiya zamanı şüarımız olacaq.

– Bu tədbirlə erməni xalqına və beynəlxalq ictimaiyyətə hansı mesajı çatdırmağa ümid edirsiniz?

– Biz sülh istəyirik və bu sözləri beynəlxalq ictimaiyyətə, erməni əhalisinə çatdırmağa çalışırıq. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, biz Qarabağda ermənilərlə birgə yaşamağa hazırıq, güzəştə getməyə hazır olan ölkəyik. Ermənilər də öz növbəsində Azərbaycanın bütün qanunlarına əməl etməli olacaqlar. Biz sülh istəyirik və insanların ölməsini istəmirik.

– Aksiyanın nəticələrindən gözləntiləriniz nədir?

– Beynəlxalq ictimaiyyətin və qurumların səsimizi eşitməsini gözləyirik. Biz Niderlandın ədalətinə inanırıq və bütün bu vəziyyətdən bezmiş ermənilərin səsimizi eşidəcəyinə inanırıq. Dünya azərbaycanlıları bu vəziyyətdə çox fəaldırlar. Ali Baş Komandanın “dəmir yumruğu” öz gücünü bütün dünyaya göstərdi. Niderlandda azərbaycanlıların fəaliyyəti çox aktivdir və erməni diasporu bunu çox gözəl bilir.

– Azərbaycanlı Qadınlar Birliyi və bütövlükdə Niderland diasporu üçün hansı rolu görürsünüz?

– Bu, bizim üçün çox vacibdir, çünki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi təşkilatı 2007-ci ildən fəaliyyət göstərir və biz bu təşkilatda çoxlu işlər görmüşük. Niderland dövləti və parlamenti artıq bizim haqqımızda bilgilidir və fəaliyyətimizə çox müsbət və hörmətlə yanaşır. Onları təəccübləndirən odur ki, bizdə ancaq kişilər fəal ola bilər, amma bu belə deyil. Onu da qeyd edim ki, qadınlarımız ölkəyə çox yaxşı inteqrasiya ediblər. Onlar burada ikinci təhsil almağa nail olublar. Onların əksəriyyəti yaxşı vəzifələrdədir, məsələn: hakim, tərcüməçi, hüquqşünas və s.

Artıq siyasi müstəvidə özünü göstərən xanımlarımız var, bələdiyyə üzvü olan bir nəfəri də qeyd edə bilərəm. Ona görə də azərbaycanlı qadınların Niderland ictimaiyyətində rolu böyükdür. Biz bunu dəfələrlə Niderland mətbuatında işıqlandırmışıq, orada azərbaycanlı qadınların müsahibələri dərc olunub. Niderlandda nəşr olunan bir jurnalla üçillik müqaviləmiz var idi. Təxminən 5 min nüsxə tirajla çıxan bu jurnalda ildə dörd dəfə azərbaycanlı qadınların müsahibələri dərc olunurdu. Beləliklə, niderlandlı oxucular Azərbaycanın çox böyük hissəsinin qadın əhalisinin bura inteqrasiyası barədə məlumatlandırılıblar.

Camal Mustafayev

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR