29-01-2024, 14:50 529

Paşinyan və komandasının blefləri - Etimada, təhlükəsizliyə, əməkdaşlığa zərbə - ŞƏRH

Ermənistan hakimiyyətinin blefi davam edir. Ötən həftə rəsmi İrəvan çoxsaylı avantürist çıxışları ilə yadda qalıb.

Deməli, ilk blefi ölkənin xarici işlər naziri Ararat Mirzoyan edib. O, işğal dövründə Azərbaycan ərazisində basdırılan minaların xəritəsini verə biləcəklərini açıqlayıb. Halbuki indiyədək onlar əllərində olan xəritələri verdiklərini bildirirdi. 2020-ci il noyabrın 10-dan, üçtərəfli bəyanat imzalanandan sonra Azərbaycanın 342 vətəndaşı Ermənistanın, yaxud torpaqları işğal edən qüvvələrin basdırdıqları minaların partlaması nəticəsində ölüb. Buna görə də bütün məsuliyyəti Ermənistan tərəfi daşıyır. Çünki məlum üçtərəfli sənəddə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi maddəsi də var. Ermənistan mina xəritələrinin verilməsini niyə indi gündəliyə gətirir? Belə ehtimal etmək olar ki, bu xəritə ya onda yoxdur, ya da etibar qazanmaq üçün bu addımı atır. Ermənistan Azərbaycanla razılaşma əldə etmək məqsədilə də belə bir addım ata bilər. Sonuncu dəfə mina xəritələri 2021-ci ilin yayında verilib. Odur ki, az qala üç ildən sonra belə bir addım atılacağı ilə bağlı açıqlama blefdən başqa bir nəsnə sayılmır.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan da komandasının üzvünün avantürasından heç də geri qalmayan iddialarla çıxış edib. O bildirib ki, sülh müqaviləsinin imzalanması uzanarsa, onda Azərbaycanla Ermənistan arasında bir-birinə hücum etməmək barədə paktın imzalanmasına ehtiyac yaranır. Nikol Paşinyan deyib ki. Azərbaycana qarşı heç bir ərazi iddiası irəli sürmürlər: “Heç kəs Ermənistana ərazi iddiası irəli sürə bilməz. Biz bu cür zəmanətlər, güclü və dönməz təminatlar verməyə hazırıq. Ancaq başqalarından da oxşar təminat gözləyirik”. Baş nazir “sülhlə bağlı gündəliyə sadiq qaldıqlarını” iddia edib. O xatırladıb ki, Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı təkliflər də irəli sürüb. Bununla belə, Nikol Paşinyan Ermənistan müdafiə sahəsində əlaqələri şaxələndirməyə ehtiyac duyduqlarını da vurğulayıb: “Ermənistanın müdafiə əlaqələrini şaxələndirməkdən başqa variantı yoxdur. Biz müasir silahların əldə edilməsi yolu ilə gedirik. Silahların alınması üçün çoxmilyardlı müqavilələr bağlamışıq”. O, ölkəsinin hərbi sənaye kompleksinin güclənməsinin də vacibliyini vurğulayıb.

Ermənistanın hökumət başçısının irəli sürdüyü sülh, bir-birinə hücum etməmək, silahlara nəzarət, ərazi bütövlüyü kimi iddialı təklifləri daha çox blefə oxşayır.

Birincisi, hücum etməməklə bağlı razılıq imzalamaq üçün etimad yaranması vacib şərtdir. Rəsmi İrəvan 44 günlük müharibədən sonra atdığı addımlar və Azərbaycana qarşı fəaliyyəti ilə özünü doğrultmayıb. Əksinə, buna zərbə vurub. Fransanın məsləhətləri ilə sülh sazişini uzadıb.

İkincisi, iki ölkə arasında sərhədyanı ərazilərə Azərbaycanın razılığı olmadan Avropa İttifaqının mülki müşahidə missiyasının yerləşdirilməsinə nail olmaqla münasibətlərdə inamsızlığı gücləndirib. Başqa sözlə, “mülki müşahidə missiyası” tərəflər arasında problemlərin həllinə mane olan amillərdəndir. Onlara bu şəraiti isə Nikol Paşinyan hökuməti yaradıb.

Üçüncüsü, Ermənistan hökuməti silahlanmaya nəzarətlə bağlı da blef edir. Hindistan, Fransa. Rusiya, İran, ABŞ və daha başqa ölkələrlə silah və hərbi texnikaya dair razılaşmalarla bu məsələdə də saxtakarlıq etdiklərini gizlədə bilmir.

Dördüncüsü, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi istiqamətində bir addım belə atılmadığı halda rəsmi İrəvan “ərazi bütövlüyü"ndən danışmaqla beynəlxalq ictimai rəyi yayındırmağa cəhd göstərir.

Beşincisi, Ermənistan mövcud konstitusiyası qonşu dövlətlərə qarşı ərazi iddiası məsələsi var. Ona görə də Paşinyanın bu məsələ ilə bağlı iddiası da blef sayılır.

Altıncısı, rəsmi İrəvan “sülh sazişi”, “sülh müqaviləsi”, “bir-birinə hücum etməmək haqqında razılıq” kimi ifadələrdən istifadə ilə Ermənistanın və hökumətinin sülhsevərliyinin göstərməyə cəhddir.

Qərbi azərbaycanlıların 36 ildir pozulan hüquqlarının bərpasını ört-basdır edən Ermənistan hakimiyyətinin xoşməramlı, sülhsevər çıxışları yalan, blefdir.

Nikol Paşinyan və komandası hər dəfə həqiqətləri gizlədərək belə avantürist açıqlamalar verirlər. Azərbaycan torpaqlarını hələ də işğal altında saxlaması fonunda Ermənistan hakimiyyətinin bütün açıqlamaları blef təsiri bağışlayır. Odur ki, bu yalanlara, avantüralara özünü inanan kimi göstərən beynəlxalq ictimaiyyət, Ermənistan havadarları daha gülünc vəziyyətə düşür. Çünki onların bu kimi bleflər üzərində Azərbaycanla Ermənistan arasında münasibətlərini qurulmasını təşviq etməsi normallaşma prosesinə mənfi təsir edir. Yalanlar, saxtakarlıqlar üzərində qurulan “yol xəritələri” tez sıradan çıxır. Bu həm də mövcud olmayan etimad mühitinə daha ciddi zərbələr vurur.

Paylaş

Xəbər lenti

Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR