29-01-2024, 18:58 685

Xaricdə yaşayan azərbaycanlılardan İlham Əliyevə möhtəşəm dəstək: “55 milyonluq xalq üçün işıqlı yol...”

7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.

"Report" xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə Azərbaycanın xoşbəxt gələcəyinin memarı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirir, dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər. Onların arasında Türkiyənin Bilkent Universitetinin professoru, Azərbaycanın əməkdar elm xadimi Əmirullah Məmmədov, Kanadanın Vaterloo Universitetinin professoru, Azərbaycanın “Tərəqqi” medalı laureatı İlham Axundov, Azərbaycanın xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordeni laureatı Məmmədəli Ağayev, Rusiyanın əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın Primorye səhnəsinin balet qrupunun bədii rəhbəri, Azərbaycanın “Dostluq” ordeni laureatı Eldar Əliyev də var.

Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova da Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib: “Valideynlərimin – Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın hər zaman Sizi – görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən İlham Heydər oğlu Əliyevi dəstəklədiklərini qürur hissi ilə xatırlayıram. Bu gün bu ənənəni oğlum Tofiq Ağayevlə birgə davam etdirdiyim üçün xoşbəxtəm. Əminik ki, xalqımızın seçimi dövrümüzün görkəmli siyasətçisi və dövlət xadimi İlham Heydər oğlu Əliyev olacaq”.

Pənahəli xanın İspaniyada yaşayan varisi, Madrid Alkala Universitetinin 4-cü kurs tələbəsi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov Prezident İlham Əliyevə müraciətində ona dəstəyini bildirib: “Pənahəli xanın nəslindən bir nümayəndə olaraq suveren Azərbaycan torpaqlarının azad olunması məni qürurlandırır”.

Azərbaycan Yaponiya Dostluq Mərkəzi də 7 fevral seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə mərkəzin sədri, dünya şöhrətli azərbaycanlı elektronika mühəndisi, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı Xəlil Kələntərin bəyanatında bildirilib: “Hesab edirik ki, növbədənkənar Prezident seçkiləri 55 milyonluq azərbaycanlılar üçün işıqlı yol və böyük millətimizin taleyində çox vacib məqam olacaq. Azərbaycan-Yaponiya Dostluq Mərkəzi olaraq inanırıq ki, Azərbaycan Prezidenti İlham Əliyev müasir, dünyəvi və inkişaf etmiş ölkəmiz üçün güclü bir Liderdir və biz Sizin namizədliyinizi dəstəkləyirik”.

ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova Amerikada yaşayan azərbaycanlıların seçiminin İlham Əliyev olduğunu vurğulayıb: “Cənab Prezident, Amerika azərbaycanlıları olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi diləyirik”.

Soydaşlarımızın BİZ platformasındakı videomüraciətlərini aşağıdakı link vasitəsilə izləmək olar:

https://www.facebook.com/groups/761174492541764/media/videos

Paylaş

Xəbər lenti

Bir telekanalın yayımı dayandırıldı Bu gün, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Bu gün, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Bu gün, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Bu gün, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Bu gün, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Bu gün, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Bu gün, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Bu gün, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR