30-01-2024, 15:42 448

FIFA referisi:

"Qeyd olunan epizodlar mediada, futbol ictimaiyyətində çox müzakirə edilib, mütləq əksəriyyəti doğru qabardırılıb, birbaşa və ya dolayı oyunların nəticələrinə təsir edib".

Bunu "AVESTA.AZ"a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov deyib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın XX turunda bəzi matçlarda hakim haqsızlığına məruz qaldıqlarını söyləyib.

Süleymanovun fikrincə, penalti, qırmızı vərəqə, hətta topun qapı xəttindən çıxması hakimlik adına sıradan, sadə epizodlardır: "Referinin bunları görməməsi müxtəlif səbəblərlə ölçülə bilər. Yekun nəticə isə komandaların yersiz xallar itirməsinə gətirib çıxarır. Sponsorlar, klubların himayədarları futbola böyük vəsait ayırırlar, dövlətin hərtərəfli qayğısı var. Belə vəziyyətdə AFFA v' PFL Hakimlər Komitəsinə nəzarəti tam olaraq gücləndirməli, klublarla geniş müzakirələr aparılmalıdır".

FIFA referisi bildirib ki, Premyer Liqada hakim idarəçiliyi ilə bağlı mövcud şərait də qabardılmalıdır: "Stadionların, ot örtüyünün durumu, təşkilati məsələlərin qaydasında olması, təhlükəsizlik tədbirləri, komandaların bir-birinə nümunəvi davranışı, referilərin üzərində heç bir təzyiqin olmaması, əksər hallarda boş tribunalar, elita hakimlərinin peşəkar statusa qaldırılması, oyun sayından asılı olmayaraq, maaşların ödənilməsi, VAR sisteminin tətbiqi, psixoloji və faktiki olaraq ədalət təmsilçilərinin oyunları yüksək keyfiyyətdə idarə etmələrinə zəmin yaradır. Bunların qeyd olunması çox önəmlidir. Təəssüf ki, belə bir şəraitdə tam əksi baş verir və hakim idarəçiliyində olan problemlər çempionatın ümumi səviyyəsinə, komandaların çıxışına mənfi təsir göstərir.
Emosiyalara, çılğınlığa varmadan, oyunlarda qalmaqallar törətmədən, futbol qanunlarına söykənərək, klubların öz hüquqlarını müdafiə etməsi mütləqdir/ Məşqçi və futbolçular özlərini meydanda tənha hiss etməməlidirlər".

"Neftçi" klubunun sabiq vitse-prezidenti "Zirə"dən başqa "Turan Tovuz" və "Sabah"ın da hakim haqsızlığı ilə bağlı geniş fikir bildirdiyini və bəyanatlar yaydığını xatırladıb: "Obyektiv şəkildə qeyd olunmalıdır, əksər komandalar zaman-zaman haqsızlıqlarla üzləşməklə yanaşı, bu komandaların lehinə də qərarlar verilib. Bütün bunlar hakimlik sektorunda cərəyan edən mahiyyəti dəyişmir. Səhvlər fərdi deyil, sistematik hal daşıyırsa, deməli, problem hakimlik sisteminin özündə, idarəçilikdə, onlara münasibətdə, daha üst qurumların nəzarət mexanizminin zəifliyindədir. Qeyd olunan problemlər aradan qaldırılmadan kobud hakim səhvlərinin ən azından faiz dərəcəsinin minimuma endirilməsi mümkünsüzdür. Digər vacib faktorlardan biri turnir cədvəlindəki vəziyyət, liderdən fərqli digər komandaların öz aralarında xal fərqinin az olmasıdır. Bu amil məşqçi və futbolçularda əlavə stress yaradırsa, hakimlərin məsuliyyətini daha da artırmalıdır. Əlavə nüanslardan biri nəticəyə birbaşa təsir edən hakim qərarları ilə dolayı təsir epizodlarının bir-birindən fərqləndirilməsidir. Klublar bunları ümumiləşdirəndə, Hakimlər Komitəsinin rəhbəri Barış Şimşəyin "özünümüdafiə" manevrlərini genişləndirmiş, gücləndirmiş olurlar. Qərəzin olması ciddi ittihamdır və sübuta yetirilməlidir. Fakt odur ki, eyni komandaların əleyhinə yanlış qərarlar çoxluq təşkil edirsə, araşdırılmalıdır".

"Çempionat ən gərgin dövrünə qədəm qoyur, finişə doğru yaxınlaşır və hər xal komandalar üçün taleyüklü əhəmiyyət kəsb edir. Qarşıdan AFFA-nın Hesabat-seçki Konfransı gəlir. Azərbaycan futbolunun dirçəlişi istənilirsə, istiqamət bu yöndə olmalıdır. Şəxsi mənafe, pərdəarxası olaylara son qoyulmalı, mübarizə obyektiv olaraq yaşıl meydanlarda aparılmalıdır. Barış Şimşək VAR təlimatçısıdır, ən azından referi-VAR sinxronluğu, oyunlara ədalətli yanaşma təmin edilməlidir. Bunun üçün ictimai nəzarət daha da gücləndirilməli, pərakəndə yox, nəzarət sistemi vahid mərkəzdən idarə olunmalıdır. Epizodlar ağacın yarpağı, ən yaxşı halda budağıdır, kəsməklə, müzakirə etməklə problem həll olunmur, əsas ağacın köküdür", - Süleymanov vurğulayıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR