31-08-2022, 18:00 888

Fariz Nəcəfov:

AFFA Klublar Komitəsinin (KK) yeni rəhbəri seçilən "Qəbələ" klubunun prezidenti Fariz Nəcəfov "Report"a müsahibə verib.

44 yaşlı funksioner əvvəlcə bu vəzifəyə seçilməsini şərh edib:

- Səsvermədə iştirak edən klub rəhbərlərinə göstərdikləri ehtimada görə təşəkkür edirəm. KK-nın daha səmərəli, effektiv fəaliyyət göstərməsi üçün əlimdən gələni etməyə çalışacağam.

- Peşəkar Futbol Liqasının (PFL) rəhbərliyindəki struktur dəyişikliyinin və aparılan islahatların bu vəzifəyə gəlməyə razılıq verməyinizdə rolu nə dərəcədə oldu?

- Klublar Komitəsinə sədr səçilməyimin PFL-də olan struktur dəyişikliyi ilə hər hansı əlaqəsi yoxdur. PFL ilə klubumuz arasında münasibətlər həmişə yüksək səviyyədə olub və olmaqda da davam edir.

- Qurumun fəaliyyətində hansı yenilikləri etmək fikrindəsiniz?

- Məqsəd və hədəf dəyişməz olaraq qalır. KK klubları narahat edən məsələlərin və bəzi problemlərin həlli üçün yaranıb. Burada müzakirə olunan qərarlar müvafiq instansiyalara çatdırılır. Qərarlar sırf tövsiyə xarakteri daşıyır. Məqsədimiz birdir: Həmin qərarlar nəzərə alınsın və icra edilsin. O zaman KK-nın gördüyü iş ortada olacaq. Futbolun inkişafı üçün səmərələli qərarların qəbul olunmasına çalışacağıq.

- İclasda klublara göstəriləcək yardımla bağlı məlumat verilib. Mümkünsə, bu barədə daha ətralı açıqlama verərdiniz: Ümumiyyətlə, vəsait bölgüsü bərabər aparılacaqmı?

- Toplantıda klubların sabit çıxışını təmin etmək üçün dövlətin ayıracağı məbləğin istifadə istiqamətləri müzakirə olundu. Vəsaitin müəyyən hissəsi bir neçə meyar əsasında xərclənəcək. Bölgü klublar arasında tam bərabər aparılacaq.

- Az öncə "Qəbələ"nin UEFA Gənclər Liqasındakı rəqibləri müəyyənləşdi. I mərhələdə Xorvatiya "Hayduk"unu keçəcəyiniz təqdirdə, növbəti raundda "Astana" (Qazaxıstan) - "Apolonia" (Albaniya) cütünün qalibi ilə görüşəcəksiniz. Bu turnirdə hədəfiniz nədən ibarətdir?

- Əsas məqsəd gənclərin lazımi təcrübə qazanmalarıdır. Çətin rəqiblə düşmüşük, amma gənclərimizə inamımız böyükdür. Turnirdə layiqli çıxış etmək üçün komandanın hazırlığına şərait yaradılacaq.

- Yeri gəlmişkən, "Qəbələ" Futbol Akademiyasının taleyinə aydınlıq gəldimi?

- Akademiyanın fəaliyyətinin zəifləməməsi üçün işlər və görüşlər davam edir. Məsələ hələ də həllini tapmayıb. Amma ümidimiz də yox deyil.

- "Sabah" komandasına qarşı Azərbaycan Premyer Liqasının IV tur matçında VAR sistemi ilə bağlı narazılığınız oldu. "Qəbələ" klubu olaraq, oyunda VAR-a baxdıqdan sonra belə, klubunuz əleyhinə mübahisəli qərarın verilməsini necə qəbul etdiniz?

- Çox təəssüf ki, həmin epizodda görüntü yaxşı deyil. VAR sistemi yeni tətbiq olunmağa başlayıb. Ona görə də müəyyən boşluqların olmasını anlayışla qarşılayıram. Ümid edək ki, tezliklə keyfiyyət artacaq və belə suallarla qarşı-qarşıya qalmayacağıq.

- Ümumiyyətlə, komandanızın hazırkı çıxışını necə dəyərləndirirsiniz?

- Komandamız yaxşı oyun sərgiləyir. Təbii ki, müəyyən çatışmazlıqlar var. Amma futbol komandasında çatışmazlıqların olması normal haldır. “Sabah”a uduzmağımıza baxmayaraq, komandamıza inamım böyükdür.

- Necə oldu ki, "Kəpəz" klubu "Qəbələ"nin stadionundan ev arenası kimi yararlanmağa başladı?

- “Kəpəz”in müraciətindən sonra klub daxilində müzakirələr apardıq və stadionun Gəncə klubuna verilməsinin mümkün olduğu qənaətinə gəldik. Hazırki vəziyyətdə “Kəpəz”ə yardım etməyi özümüzə borc bildik.

- Bu jestinizin qarşılığında "Kəpəz" icarə haqqı ödəyirmi?

- Əlbəttə.

- "Qəbələ"də Müşahidə Şurasının yaradılması nəzərdə tutulubmu?

- Xeyr, hazırda bu məsələ gündəmdə deyil.

Paylaş

Xəbər lenti

Boris Conson və Aİ rəsmiləri Ukraynada dron hücumunun hədəfinə yaxın olublar Bu gün, 19:48 "Turan Tovuz" və "Araz-Naxçıvan"dan 4 qolluq heç-heçə Bu gün, 19:48 ### Çoxuşaqlı ailə meyarı dəyişdirilə bilər: 3 uşaqlı ailələrə də güzəşt təklifi Bu gün, 19:48 Azərbaycanda 3 600 il əvvələ aid döyüşçü məzarında nadir diorit toppuz başlığı və silahlar aşkarlanıb Bu gün, 19:48 Vergi xidmətinin əməkdaşı vəfat etdi Bu gün, 18:48 Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır Bu gün, 18:48 Bu küçədə təmir işləri həyata keçiriləcək Bu gün, 18:48 Türkiyədə Cənubi Amerikadan gələn gəmidə 350 kq kokain aşkarlandı Bu gün, 18:48 Türkiyənin tanınmış tekstil şirkəti 73 ildən sonra fəaliyyətini dayandırdı Bu gün, 17:48 Süni intellekt sürətlə əmək bazarına daxil olur - Hansı peşələr sıradan çıxacaq? Bu gün, 17:48 Konqoda Ebola epidemiyasına görə 7 mindən çox yoluxma qeydə alınıb Bu gün, 17:48 Kanada Aİ-yə assosiativ üzv olmaq istəyir Bu gün, 17:48 Ərdoğan Suriyaya səfər edəcək? – Hakan Fidan açıqladı Bu gün, 17:48 Polis sosial şəbəkədə porno video yaymaqda şübhəli bilinən şəxsləri saxlayıb Bu gün, 16:48 Litvada ilk dəfə ölkə üzrə hava hücumundan xəbərdarlıq siqnalları işə düşüb Bu gün, 16:48 İran və Ermənistan sərhəddə "yaşıl" gömrük dəhlizi yaradırlar Bu gün, 16:48 Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb Bu gün, 16:48 Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var Bu gün, 16:48 Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 15:48 Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq Bu gün, 15:48 İlqarə necə arıqladığını açıqladı Bu gün, 14:48 Məşhur aktyor alkoqol asılılığından necə xilas olduğunu açıqladı Bu gün, 14:48 Venesiya Film Festivalının qalibləri bəlli oldu - SİYAHI Bu gün, 13:48 Konqoda Ebola epidemiyası: Yoluxanların sayı 7 mini keçdi Bu gün, 13:48 "Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürür Bu gün, 13:48 Bu gün Səbuhi Əhmədovun şəhadətindən dörd il keçir Bu gün, 13:48 Husilər Səudiyyə Ərəbistanındakı hərbi bazaya hücum etdiklərini açıqladı Bu gün, 13:48 İndoneziyada gəmidə 1 nəfər öldü, 103 sərnişin xilas edildi Bu gün, 12:48 Ukraynadan Tatarıstana PUA hücumu: 2 ölü, 12 yaralı Bu gün, 12:48 Gəncədə 40 minə yaxın sakin qazsız qaldı Bu gün, 12:48 Bu gün SOCAR-ın yaranma günüdür Bu gün, 12:48 "Yeraltı" serialının ikinci mövsümü bu tarixdə yayımlanacaq Bu gün, 11:48 İsmayıllıda avtomobil aşaraq yanıb, sürücünün həyat yoldaşı ölüb Bu gün, 11:48 Azərbaycanda ahıllar üçün mərkəzlər necə işləyir? Bu gün, 11:48 Əməkdar artist: "Axır ki, 34 il sonra görüşdük" Bu gün, 11:48 Kanada Aİ-yə assosiativ üzvlük təklif edib Bu gün, 11:48 Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır Bu gün, 10:48 Premyer Liqa: "Zirə" bu gün "Qarabağ"ı qəbul edəcək Bu gün, 10:48 İndoneziyada 243 nəfərin olduğu gəmi batıb Bu gün, 10:48 Kuşner: Putinin ərazi tələbləri Ukrayna ilə razılaşmaya mane olur Bu gün, 10:48 Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə! Bu gün, 10:48 Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb Bu gün, 09:48 İsmayıllıda AĞIR QƏZA: "Mercedes" aşaraq yandı, qadın sərnişin öldü Bu gün, 09:48 Qara dənizdə dron hücumunda yaralanan azərbaycanlının ailəsi danışdı Bu gün, 09:48 İranın mülki gəmisinə zərbə endirilib, ölən və yaralılar var Bu gün, 09:48 İranın Qeşm adası sahillərində partlayış səsləri eşidilib Bu gün, 00:48 Psixiatriya xəstəxanasına yerləşdirildiyi deyilən Elşad Xose ilk dəfə görüntüləndi Bu gün, 00:48 Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR