
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyə sədrlərinin seçicilər tərəfindən seçilməsini təklif edib.
“Report”un məlumatına görə, Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında danışan komitə sədri bildirib ki, sədləri bələdiyyə üzvləri yox, xalq seçsə yaxşı olar.
Onun sözlərinə görə, bu məsələ gələcəkdə qanunvericiliyə salınmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.