1-02-2024, 13:43 483

Fransa neokolonializminin qəddarlığı - Yeni Kaledoniyanın müstəqillik hərəkatı boğulur - ŞƏRH

Fransanın yürütdüyü bədnam siyasətin ən bariz nümunəsi neokolonializmdir. Keçmiş müstəmləkələrinə müstəqillik verməyə məcbur olan rəsmi Paris bu əraziləri əlindən buraxmamaq üçün bütün vasitələrə əl atmaqdadır. Bura həmin dövlətlərin ərazilərində münaqişə yaratmaqdan tutmuş, qoşunlarını “sülhməramlı missiya” adı altında yerləşdirmək kimi çirkin əməllər daxildir. Demokratiyadan dəm vuran Fransa neokolonializm siyasətini hər vəchlə davam etdirir. XXI əsrdə özünü insan hüquqlarına hörmət edən əsas ölkə adlandıran rəsmi Paris Mayot adası, Yeni Kaledoniya, digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquq və azadlıqlarını kobud şəkildə pozmaqdadır.

Lakin bu siyasət də fiasko ilə üzləşməkdədir. Keçmiş müstəmləkəsi Nigerdən biabırcasına qovulduqdan sonra Fransa nəzarət etdiyi Yeni Kaledoniyada müstəqillik hərəkatına zərbə vurmaq istiqamətində aktiv fəaliyyətə keçib. Hər vəchlə də müstəqillik uğrunda vuruşanlara əks-cəbhə yaratmağa çalışır. Yerli mediada yer alan xəbərlərə görə, Yeni Kaledoniya ilə bağlı 2 qanun layihəsi hökumətə təqdim olunub, birinci layihədə konstitusiyada dəyişiklik tələb edən Kaledoniyada yerli seçkilərdə səs verənlərin sayının artırılması, digərində isə yerli seçkilərin tarixinin dəyişilməsi nəzərdə tutulub. Hər iki layihə yaxın vaxtda Fransa parlamentinə təqdim olunacaq.

Qeyd edək ki, hazırda Yeni Kaledoniyada yerli seçkilərdə yalnız 1988-ci ilə qədər orada məskunlaşan insanlar səs verə bilərlər. Yeni layihəyə əsasən isə hökumət burada anadan olan və ya ən azı 10 il müddətində burada yaşayan şəxslərə səs vermək hüququnu vermək istəyir. Dəyişiklik baş verəcəyi təqdirdə 40 000 nəfərə qədər əlavə insan səs vermək hüququnu əldə edəcək. Həmin şəxslərin mütləq çoxluğu Fransadan sonradan köçürülən (və ya onların övladları) və müstəqilliyin əleyhdarlarıdır.

Göründüyü kimi, Fransa Yeni Kaledoniyada son dövrlər fəallaşan müstəqillik hərəkatına zərbə vurmaq və gəlmələr hesabına müstəqillik uğrunda mübarizə aparan qüvvələrə əks cəbhə yaratmağa çalışır.

Xatırladaq ki, bir neçə gün əvvəl prezident Makron da Yeni Kaledoniya mövzusuna toxunub. O, bəyanatında “qırıcı təyyarələrimizi 48 saat ərzində Yeni Kaledoniyada yerləşdirə bilərik" təhdidini səsləndirib.

Şübhəsiz ki, Fransa əleyhinə artan etirazların səbəbləri sırasında bu ölkə əleyhinə keçirilən tədbirlər, təşəbbüslər də yer alır. Konkret olaraq, rəsmi Bakının Qoşulmama Hərəkatının sədri kimi müstəmləkəçiliyə qarşı apardığı mübarizə də Yelisey sarayının maraqlarına toxunur. Hazırda Azərbaycanın təşəbbüs və təklifi ilə beynəlxalq aləmdə Fransa müstəmləkəçiliyinə qarşı ciddi mübarizə aparılır. Bu prosesə Bakının liderlik etdiyi heç kimə sirr deyil. Azərbaycan müstəmləkələrin – Fransanın dənizaşırı adlandırdığı ərazilərin nümayəndələrinin iştirakı ilə böyük konfranslar təşkil edir. Bəyan edilir ki, Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Bakı Təşəbbüs Qrupu yaşayacaq. Fransız neokolonializminin ifşa olunmasını və müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcək.

Bu il yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında keçirilən etiraz aksiyası da qeyd olunanların nəticəsidir. Aksiyada Fransanın Yeni Kaledoniyanın daxilində gərginlik yaratmaq siyasəti və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlar səslənib. Hətta aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər.

Yeri gəlmişkən, Yeni Kaledoniya nümayəndələri dəfələrlə bəyan ediblər ki, Fransanın atdığı addımlar onları neokolonializm istiqamətinə aparır. Açıq şəkildə bildirirlər ki, Fransa qardaşlıq bərabərliyi təşviq etdiyini deyir, özünü demokratik ölkə kimi tanıdır, bütün bunlar yalandır. Onlar Fransanı bürüyən sosial problemlər, irqçi cinayətlərin onun xarakterini göstərdiyini vurğulayıblar.

Maraqlıdır ki, Fransa indiyə qədər Yeni Kaledoniyada iki referendumu gözardı edib.

Bu ərazidə isə müstəmləkəçiliyin 171 ili ərəfəsində suverenlik və müstəqillik qazanana qədər mübarizəni dayandırmayacaqlarını birmənalı şəkildə bildirirlər.

Beləliklə, Yeni Kaledoniya xalqı mövqeyində qətidir. Nəyin bahasına olursa-olsun Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf götürülüb. Özlərinin də ifadə etdiyi kimi, məqsədləri gənc və yaşlı nəsillərin sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır. Bununla Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar. Gözləmək olar ki, bu proses tək Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş müstəmləkələri də əhatə edəcək.

Paylaş

Xəbər lenti

Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR