1-02-2024, 20:38 501

COP29-la əlaqədar sahibkarlara kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə faiz subsidiyalarının verilməsi qaydası müəyyənləşib.

"Report" xəbər verir ki, qayda Prezident İlham Əliyevin bu gün imzaladığı müvafiq Fərmanla təsdiq olunub.

Qaydaya əsasən, faiz subsidiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr üçün Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təsdiqedici sənədi əsasında sahibkarların 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir.

Faiz subsidiyası məbləği 1 (bir) milyon manatdan artıq olan kreditlərin illik faiz dərəcəsinin 6 (altı) faiz bəndi həcmində və 72 (yetmiş iki) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 6 (altı) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir. Faiz subsidiyası kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində hesablanır və 2025-ci il yanvarın 1-dən başlayaraq bu Qaydaya uyğun olaraq rüblük əsasda ödənilir.

Faiz subsidiyası aşağıdakı hallarda verilmir:

- layihə bu Qaydada göstərilən məqsədlər üçün həyata keçirilmədikdə;

- sahibkar subsidiya üçün müraciət edən kredit təşkilatına aidiyyəti olan şəxs olduqda;

- sahibkarın nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda.

Kredit xətti istisna olmaqla, balansarxası öhdəliklərə faiz subsidiyası verilmir.

Sahibkar kredit almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkar barədə məlumatları əldə edir və sahibkarın bu Qaydada nəzərdə tutulmuş meyarlara uyğunluğunu yoxlayır, sifariş üzrə maliyyə-kredit təhlili aparır və müvafiq qərar qəbul edir. Kredit təşkilatı müsbət qərar verilmiş layihənin maliyyələşdirilməsini həyata keçirir və bu barədə Fonda 2 (iki) iş günü müddətində rəsmi məlumat verir. Sahibkar kredit aldıqdan sonra faiz subsidiyası almaq üçün kredit təşkilatına müraciət edir. Kredit təşkilatı sahibkarların aşağıdakı sənədlərini 10 (on) iş günü müddətində Fonda təqdim edir:

- sahibkarın müraciətini, o cümlədən məlumatların Fonda ötürülməsinə razılığı;

- sahibkarın təsis sənədlərini, VÖEN-ini, hüquqi şəxsin icra orqanın rəhbərinin və ya fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənədi;

- kredit müqaviləsinin və ödəniş qrafikinin surətini;

- kredit hesabatını;

- sahibkarın rekvizitlərinə, alınmış kreditə və tələb olunan subsidiya məbləğinə dair məlumatı;

- Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən verilmiş və sahibkarın layihə çərçivəsində nəzərdə tutulmuş işləri başa çatdırmasını təsdiq edən arayışı və ya məktubu.

- Fond 5 (beş) iş günü müddətində sahibkara faiz subsidiyasının verilməsi və ya ondan imtina edilməsi barədə müvafiq qərar qəbul edir və kredit təşkilatına təqdim edir.

Kredit təşkilatı faiz subsidiyasının verilməsi barədə Fondun qərarını 2 (iki) iş günü müddətində sahibkara sifarişli poçt göndərişi vasitəsilə bildirir.

Kredit təşkilatı hər rüb üzrə hesablanmış faizlərə dair hesabatı və faiz subsidiyasının ödənilməsi barədə müraciəti 2025-ci il yanvarın 1-dən etibarən hər rüb başa çatdıqdan sonra növbəti ayın ilk 3 (üç) iş günü müddətində Fonda təqdim edir. Hesabatın formasını Fond müəyyənləşdirir. Fond bu Qaydada nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 3 (üç) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə kredit təşkilatının hesabına köçürür:

- hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydada nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – ödəniş qrafikində göstərilən məbləğdə;

- hesabata əsasən ödənilməli faiz subsidiyası nəzərdə tutulmuş ödəniş qrafikində göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.

Sahibkara krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği ödəniş qrafikində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.

Hesabatda kredit təşkilatı tərəfindən təhrif olunmuş məlumatların təqdim edilməsi aşkarlandıqda, artıq ödənilmiş faiz subsidiyası kredit təşkilatı tərəfindən Fonda geri qaytarılır. Faiz subsidiyası yalnız bu Qaydada nəzərdə tutulmuş sənəddə göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.

Faiz subsidiyasının ödənilməsinə dair kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarın həmin kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkar arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda, həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik yerinə yetirilənədək) faiz subsidiyasının ödənilməsi dayandırılır.

Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası kredit təşkilatının hesabına köçürülür.

Aşağıdakı hallarda sahibkara faiz subsidiyasının ödənilməsi ləğv edilir:

- sahibkarın tələbi əsasında kredit təşkilatının Fonda müraciəti olduqda;

- iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

- sahibkar fəaliyyətini dayandırdıqda, bu fəaliyyətə xitam verdikdə və ya onun bu fəaliyyətlə məşğul olmaq hüququ qanunla müəyyənləşdirilmiş qaydada ləğv edildikdə;

- müqavilə üzrə ödənişlərinin icrası 90 (doxsan) gündən çox gecikən krediti restrukturizasiya olunduqda.

- iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məsuliyyətini təsdiqləyən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda bu hal barədə kredit təşkilatına məlumat daxil olduğu gündən 3 (üç) iş günü müddətində həmin təşkilat Fonda sifarişli poçt göndərişi vasitəsilə məlumat verir.

Paylaş

Xəbər lenti

Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR