3-02-2024, 20:35 567

Qərbi Azərbaycan Xronikası: Qaraqoyunlu xanədanının irsini yaşadan Gölkənd

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

"Report" xəbər verir ki, “Gölkənd - qədim türk irsini yaşadan Qaraqoyunlu eli” adlı bugünkü buraxılışda Göyçə mahalının, Çəmbərək (Krasnoselo) rayonunun Gölkənd kəndinin etno-mədəniyyəti, adətləri, şifahi yaddaşı, memarlıq, tətbiqi-dekorativ sənəti, xalq yaradıcılığı, toponimləri araşdırılıb.

Verilişdə toylu-büsatlı Gölkənd elində bayramlar, şadlıq törənləri, qədim türk izləri – məbədlər, qəbirlər göstərilir.

Bildirilir ki, Qaraqoyunlu (Darlıq) dərəsi və ya Qaraqoyunlu mahalı Qərbi Azərbaycanın gözəl guşələrindən biri olaraq indiki Ermənistan SSR-in İcevan (Karvansaray) və Çəmbərək (Krasnoselo) rayonunun ərazisində yerləşir. Qaraqoyunlu dərəsinin ən böyük və möhtəşəm kəndlərindən biri olan Gölkənd adından da məlum olduğu kimi, öz adını burada olan təbii göllərdən alıb. Kənddə Uzungöl, Göygöl, Çatalgöl, Tağılar gölü adlı 4 göl olub.

Verilişdə göllərin əhatəsində olan Gölkənddən, cənnət Qafqazdan Anadoluya köçlərin sirri, nəqşibəndilik və nigarilik təriqətlərinin təsiri ilə bağlı maraqlı və müəmmalı məqamlara aydınlıq gətirilir.

Ümumiyyətlə, “İrsimiz” layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 3-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

"Üstümə cumdu, barmağımın bir hissəsini qopardı" - Ucarda çaqqal hücumunun yeni TƏFƏRRÜATI Bu gün, 10:48 Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür Bu gün, 10:48 İstanbulda yeraltı su anbarında 3 mindən çox silah hissəsi ələ keçirilib Bu gün, 10:48 Azərbaycan Ordusunda keçirilən atıcılıq üzrə birincilik başa çatıb Bu gün, 10:48 Pul axını başlayır: Bu bürclər zənginləşə bilər Bu gün, 10:48 Hesablama Palatası: Dövlət əmlakının sığortasında qiymətləndirmə fərqi var Bu gün, 10:48 Minik və yük avtomobili toqquşub - Ölən və yaralananlar var Bu gün, 09:48 ABŞ İranla müharibəyə bu qədər xərc çəkib Bu gün, 09:48 Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər? Bu gün, 09:48 Tehranda beynəlxalq uçuşlar bərpa olunur Bu gün, 09:48 Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib Bu gün, 09:48 Bu gün Həmidə Ömərovanın doğum günüdür Bu gün, 09:48 Ağır qəzada ölən baytarın FOTOSU Bu gün, 09:48 Evlilikdən uzaq duran bürclər açıqlanıb Bu gün, 00:48 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı Dünən, 23:48 Gəncədə qonşular arasında dava - Bıçaqlanan var Dünən, 23:48 Britaniyanın sabiq səfiri ilə bağlı araşdırma başlanıb Dünən, 23:48 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi Dünən, 23:48 28 yaşlı oğlan evlərinin həyətində ölü tapıldı Dünən, 22:48 TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb Dünən, 22:48 ABŞ-də edam qaydaları dəyişdirildi – güllələnmə də siyahıya əlavə olundu Dünən, 22:48 Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub Dünən, 21:48 Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Avropa çempionatında bürünc medal qazanıb Dünən, 21:48 Macarıstanda ilk: görmə məhdudiyyətli siyasətçi nazir təyin olundu Dünən, 21:48 Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq Dünən, 21:48 Abşeronda 17 nəfər saxlanılıb, 19 cinayətin üstü açılıb Dünən, 20:48 Bəzən yollar niyə təhlükəli "oyun meydanı"na çevrilir? Dünən, 20:48 Hikmət Hacıyev çinli nazirlə rəqəmsal sahədə əməkdaşlığı müzakirə edib Dünən, 20:48 Bakıda bəzi marşrutların hərəkət istiqaməti dəyişdirilir Dünən, 20:48 Bakı Təşəbbüs Qrupu: Ermənistanda azərbaycanlılara qarşı sistemli ayrı-seçkilik siyasəti aparılıb Dünən, 20:48 Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır Dünən, 20:48 Arif Əsədov: "İndiki vəziyyətdə "Neftçi" "Qarabağ"dan daha şanslı görünür" Dünən, 19:48 Qonşusunu müdafiə etdi, öz həyətində hücuma məruz qaldı - Ucarda çaqqalın sakinlərə xəsarət yetirməsinin TƏFƏRRÜATI Dünən, 19:48 Çexiya Baş nazirinin Azərbaycana səfər tarixi rəsmən elan edilib Dünən, 19:48 Netanyahuda erkən mərhələli xərçəng aşkarlanıb – müalicə uğurla başa çatıb Dünən, 19:48 Hörmüz boğazı ətrafındakı gərginlik Azərbaycana yüklərin gətirilməsinə necə təsir göstərib? Dünən, 19:48 Azərbaycan güləşçisi İslam Bazarqanov Avropa çempionatında finala yüksəlib Dünən, 19:48 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" Dünən, 18:48 IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır Dünən, 18:48 Suriyadan Azərbaycana gətirilən daha 5 nəfər psixososial dəstək prosesinə cəlb edilib Dünən, 18:48 PFL prezidenti Elxan Səmədov növbəti dəfə əməliyyat olunub Dünən, 18:48 Qalmaqallı bankirin oğluna qarşı milyonluq dələduzluq ittihamı - İslam Yusifov nədə təsirləndirilir? Dünən, 18:48 Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb Dünən, 18:48 İki güləşçimiz yarımfinalda Dünən, 17:48 Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib Dünən, 17:48 Əmək zəmanəti tələbi əlilliyi olan şəxslərin reyestrindən çıxarılıb Dünən, 17:48 MEDİA: Gəncə Şəhər İcra Hakimiyyətində araşdırma aparılması ilə bağlı yayılan məlumatlar əsassızdır Dünən, 17:48 Bağça müdiri olmaq istəyənlərin diqqətinə Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR