
Çilidə meşə yanğınları on minlərlə hektar ərazini bürüyüb, alovun yayılmasını hələ də ləngitmək mümkün olmayıb.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, yanğın hazırda bir milyona yaxın insanın yaşadığı Valparaiso bölgəsini tamamilə cənginə alıb.
Fevralın 4-nə olan məlumata görə, yanğınlar nəticəsində 51 nəfər həlak olub. Ölkədə hazırda fövqəladə vəziyyət rejimi hökm sürür.
Çili Prezidenti Qabriel Boriç xüsusi videomüraciətində ölkədə vəziyyətin çox təhlükəli olduğunu etiraf edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.