
Pakistanın şimal-qərbində yaraqlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.
“Reuters” agentliyinin məlumatına görə, hücum nəticəsində 6 nəfər yaralanıb. Qeyd edilib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücuma keçib və atışma 2,5 saat davam edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.