
Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində neft şirkətinin zavoduna silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə «Xinhua» agentliyi məlumat yayıb.
Məlumata görə, ən azı 20 silahlı yaraqlı zavoda girməyə cəhd göstərib.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ərazidən uzaqlaşan yaraqlıların hər hansı qruplaşmaya aid olub-olmadıqları araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.