
Cənubi Koreya və Səudiyyə Ərəbistanı hərbi-sənaye kompleksi və silahların birgə inkişafı sahəsində Anlaşma Memorandumu imzalayıblar.
“AVESTA.AZ” xəbər verir ki, bunu Koreya Respublikasının Milli Müdafiə Nazirliyində keçirilən brifinqdə Müdafiə Satınalmaları Proqramının (DAPA) rəsmi nümayəndəsi Çoi Hyon-ho (Choi Hong-hi) bildirib.
“Hazırkı Anlaşma Memorandumu müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır”, - o qeyd edib.
Cənubi Koreya KİV-lərinin məlumatına görə, Memorandum silahların birgə inkişafının əsasını qoymalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.