6-02-2024, 13:54 473

F-35 böhranı: qırıcıların Türkiyəyə tədarükü ABŞ ilə münasibətlərdə dönüş nöqtəsi ola bilər - ŞƏRH

Türkiyənin xarici siyasət kursunda ən diqqətçəkən məqamlardan biri NATO müttəfiqi ABŞ ilə münasibətlərlə bağlıdır. Ankara və Vaşinqton bu gün təxminən mehriban düşmən kimidirlər. Türkiyə Alyans ölkəsi olmasına baxmayaraq, ayrı- ayrı regionlarda Ağ Evin siyasəti ilə razılaşmır, əksinə, lazım gələndə onu açıq şəkildə tənqid edir.

Eyni zamanda, tərəfləri yaxınlaşdıra bilən məqamlar da var. Bunlardan biri F-35 qırıcılarının və F-16-ların növbəti partiyasının Türkiyəyə tədarükü ilə bağlıdır. Vaşinqton bu prosesi mümkün qədər ləngitməyə çalışır. Bunun bir neçə səbəbi var. Birincisi, ABŞ qırıcıların tədarükünü əlində “kozır” kimi saxlamağa, bu məsələni siyasi alış-veriş predmetinə çevirməyə və mümkün qədər çox qazanclı çıxmağa çalışır. İkincisi, Ağ Ev Türkiyənin fərqli regionlarda, o cümlədən Yaxın Şərqdə, Balkanlarda təsir gücünü artırmasından narahatdır.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yanvarın 31-də jurnalistlərə açıqlamasında demişdi ki, ABŞ Türkiyə ilə onun F-35 qırıcılarının istehsalı proqramına qayıtması imkanını müzakirə edir.

“Biz F-35 proqramının Türkiyə üçün S-300 və ya S-400 raketlərinin istifadəsi ilə uyğun olmadığına dair fikrimizi dəyişməmişik. Ona görə də biz bu müzakirələri davam etdiririk və əgər Türkiyə bu məsələ ilə bağlı narahatlığımızı aradan qaldıra bilsə, o zaman onun F-35 proqramına doğru hərəkəti bərpa oluna bilər”, - deyə Ağ Ev rəsmisi bildirib.

Türkiyəyə S-300 və S-400 hava hücumlarından müdafiə sistemlərini tədarük edən ölkə Rusiyadır. Bu hərbi əməkdaşlıq ABŞ-ni narahat edir. Odur ki, Vaşinqton bütün vasitələrlə bu əməkdaşlığın zəifləməsinə çalışır.

ABŞ dövlət katibinin birinci müavini Viktoriya Nuland da bu günlərdə “CNN Türk”ə müsahibəsində əsas problem kimi S-400-ləri göstərmişdi.

Xatırlatmaq yerinə düşər ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri aldıqdan sonra F-35 proqramından çıxarılıb. Bunun əsas səbəbi məhz Ankara ilə Moskva arasında artan hərbi əməkdaşlıqdır.

Onu da deyək ki, ABŞ Yunanıstana F-35-lərin veriləcəyini artıq təsdiqləyib. Düşünmək olar ki, bu da təsadüfi qərar deyil və birbaşa olaraq Türkiyəni fakt qarşısında qoymağa hesablanıb. Məlumdur ki, Afina ilə Ankara münasibətləri heç də arzuolunan səviyyədə deyil. Belə olan halda ABŞ Yunanıstana F-35-lər verməklə Türkiyənin “damarına basır” və ondan daha çox şey tələb etmək istəyir.

Türkiyə isə F-16-ların yeni partiyasının tədarükü və F-35 proqramının bərpa olunması üçün bütün səylərini ortaya qoyur. Əlbəttə, buna nail olunsa, Türkiyənin müdafiə imkanları daha da güclənəcək. Lakin hələlik görünən odur ki, qırıcıların tədarükü tərəflər arasında siyasi alış-veriş məsələsinə çevrilib. Bu arada, Türkiyə Rusiya ilə münasibətlərə baxmayaraq, İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməklə ABŞ-nin maraqlarını nəzərə almış oldu. Çünki ABŞ NATO-nun genişlənməsində ən çox maraqlı olan tərəfdir. İndi Vaşinqton Ankaranın bu jestinə cavab verməklə ikitərəfli münasibətlərin dinamikasını qoruya bilər. Əks halda, münasibətlərdəki ziddiyyətin artması və ABŞ-nin etibarsız tərəfdaşa çevrilməsi istisna deyil.

Bu da reallıqdır ki, Türkiyə F-35 proqramından çıxarıldıqdan sonra öz müdafiə sənayesini sürətlə inkişaf etdirməyə başladı. Bu gün Türkiyənin yerli istehsallı olan "Bayraktar", "Hürkuş", "Akınçı", "Sungur", "Aksungur" kimi texnikaları dünyanın ən aparıcı ölkələrinin diqqətini cəlb etməkdədir. Bundan sonra nə F-16, nə də F-35 Türkiyə üçün o qədər də taleyüklü deyil. Türkiyə müdafiə sənayesində artıq sözünü deməklə fərqli regionlarda öz maraqlarını təmin edir.
Odur ki, Ağ Ev bu barədə düşünməlidir və bilməlidir ki, prosesi uzatmağa çalışdıqca özü itirə, həmçinin Türkiyə kimi dünyada sözü keçən tərəfdaşdan məhrum ola bilər.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR