
AŞPA-nın növbədənkənar prezident seçkilərini izləməsi üçün dəvət edilməsi Mərkəzi Seçki Komissiyasının səlahiyyətində deyil.
"Report"un xəbərinə görə, bu barədə MSK sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.
O xatırladıb ki, seçki qanunvericiliyinə əsasən, üç qurum beynəlxalq müşahidəçi dəvət edə bilər: "Bunlar Milli Məclis, Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasıdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.