6-02-2024, 17:43 547

Ermənistanda aclıq təhlükəsi - ölkənin kənd təsərrüfatı tənəzzülə uğrayıb - ŞƏRH

Ermənistanın Statistika Komitəsinin rəqəmlərinə və dövlət strukturlarının açıqlamalarına əsasən, ölkədə kənd təsərrüfatı sahəsində tənəzzül sürətlənib. Ötən il geriləmə 0.7 faiz olub. Rəsmilərin bu məsələdə etirafı sözügedən sahədə ciddi problemlərin hələ uzun müddət həll olunmayacağına bir işarədir. Ekspert və iqtisadçıların da açıqlamaları erməni dövlətində aqrar sektorda tənəzzülün ildən-ilə artacağı yönündədir və optimist gözləntilərin sıfıra bərabər olduğu qeyd edilir. Məsələn, ötən ilin rəqəmlərinə görə, ölkədə kənd təsərrüfatı sektorunda istehsal 1.1 faiz azalma göstərib. 2022-ci ilin rəqəmlərinə də nəzər salsaq, istehsal və balıqçılıq sahələrində 2020-ci ilə nisbətən 3 faiz geriləmə olub. Meşə təsərrüfatı sahəsində isə bu rəqəm 25.9 faiz təşkil edib.

Hökumət tərəfindən reallaşdırılan proqramlar isə irimiqyaslı xarakter daşımır, bu sahədə də korrupsiya və rüşvət tüğyan edir. Məsələn, cari ilin 31 yanvar tarixində Ermənistanın Milli Təhlükəsizlik Xidməti İqtisadiyyat nazirliyində yoxlamalar aparıb. Nəticədə keçmiş nazir müavini Ani İspiryan və nazirliyin 5 əməkdaşı həbs edilib. Onlar kənd təsərrüfatına dəstək proqramları ilə bağlı irimiqyaslı sui-istifadələrdə ittiham olunurlar. Ekspert icması uzun müddətdir ki, aqrar sahədə çoxmilyardlıq proqramların səmərəli icra olunmaması və gözlənilən nəticələri verməməsinə diqqət çəkir: aqrar sahədə nəinki irəliləyiş yoxdur, əksinə, mənfi göstəricilər də qeydə alınır. Son proseslər göstərir ki, bu proqramlar səmərəsiz olmaqla yanaşı, həm də korrupsiya elementlərini ehtiva edir.

Kadr çatışmazlığı və savadsızlıq

Bütün bu hallara isə bir neçə məsələ səbəb olur. İlk olaraq, koordinasiyanın olmaması, sənaye problemlərinin dərindən anlaşılmaması və beynəlxalq bazar tendensiyalarının dərindən öyrənilməməsi sahədə ən ciddi problemlərdəndir. Kənd təsərrüfatı sahəsində həyata keçirilən proqramlarda nöqsanlar və çatışmazlıqlar var ki, bu da belə hallara yol açır. Bütün bunların nəticəsidir ki, həyata keçirilən proqramların effektivliyi çox aşağıdır. Kənd təsərrüfatını ayağa qaldırmaq üçün bu sahənin unikallığını və mövcud problemləri hərtərəfli başa düşmək lazımdır. Bunun üçün aydın qısa, orta və uzunmüddətli strategiya, sahəyə peşəkar kadrlar cəlb etmək lazımdır. Nikol Paşinyan hökumətinin kadr böhranı ağuşunda boğulduğunu nəzərə alsaq, əsas siyasi aparata kadr və təyinat məsələsində ciddi problemlər olduğunu düşünsək, aqrar sektorda vəziyyəti tam anlamış olarıq.

Miqrasiya

Kəndlərdən miqrasiya və kənd təsərrüfatı torpaqlarının deqradasiyası Ermənistanda kənd təsərrüfatının əsas problemlərindən sayılır. Azsaylı əhalisi olan erməni dövlətində son illər miqrasiya çox ciddi problemə çevrilib. Regionlarda və ucqarlarda məmur özbaşınalığı, korrupsiya və monopoliya kimi problemlər əhalini sürətlə kəndləri boşalmağa vadar edir. Xüsusən də sərhədyanı kəndlərdə əhali problemi getdikcə çox ciddiləşir. Müstəqil jurnalist və blogerlərin araşdırmalarına görə, Ermənistanda kişilərin olmadığı kəndlər var. Bu kəndlərlə yanaşı, qocaların və uşaqların yaşadığı gənc və orta yaşlı nəslin kütləvi olaraq Rusiya və digər ölkələrə köç etdiyi rayonlar, kəndlər də mövcuddur. Bu isə aqrar sektorun iş prinsipinə ciddi ziyan vurur, ərazilərdə torpağı əkib-becərən, mal-qara saxlayan şəxslərin daimi azalması ilə müşayiət edilir.

Texnika və lizinq proqramları

Aqrar sektorun problemləri sırasına maşın-traktor parkının korlanması, mütəxəssis çatışmazlığı, kənd sakinləri üçün kredit və lizinq proqramlarının əlçatmazlığı kimi faktorları da əlavə etmək lazımdır. Lizinq proqramı vasitəsilə avadanlıqların verilməsi yaxşı fikirdir, lakin Ermənistanda bu işləyə bilməz, çünki erməni fermerlərin əksəriyyəti kreditlər, faizlər və gündən-günə artan borclarla yüklənir. İnsanların lizinq proqramı vasitəsilə avadanlıq almağa imkan verəcək minimum pulları belə yoxdur. 2017-ci ildə lizinq proqramı çərçivəsində cəmi 45 ədəd kənd təsərrüfatı texnikası alınıb. 2017-2022-ci illər üçün Ermənistan hökuməti proqramının kənd təsərrüfatı ilə bağlı bəzi bəndlərinin icrasında artıq gecikmə var.

Bu gün fermerlərin və sahibkarların ciddi maliyyə problemləri var, dizel yanacağı və gübrə bahadır, kreditlərin verilməsi də böyük ölçüdə dayandırılıb. Anbarlarda müəyyən miqdarda gübrə var, lakin qiymət yüksək olduğundan və dövlət subsidiyaları olmadığından torpaq istifadəçilərinin onu almaq imkanı yoxdur.

Kənd Təsərrüfatı Nazirliyi ləğv edildikdən sonra sektorun idarə olunmasının təhlükə altında olması ilə bağlı narahatlıqlar dəfələrlə səsləndirilib. Ermənistanda uzun müddət quraqlıq hökm sürüb, hökumət tərəfindən bunun nəticələrini aradan qaldırmaq üçün heç bir addım atılmayıb və həm bitkiçilik, həm də heyvandarlığa mənfi təsir göstərib.
Keçən il məhsul istehsalının azalması göz qabağında idi. Məsələn, üzüm məhsulu 25% az olub. Peşəkar dəstəyin olmaması səbəbindən kartof istehsalında ciddi azalma qeydə alınıb. Müxtəlif suvarma üsullarından istifadə oluna bilərdi, lakin bu edilməyib, nəticədə taxıl məhsulu az olub, bağ bitkilərinin də məhsuldarlığı aşağı olub. Bütün bu amillərin cəmi məhsul istehsalının həcminin azalmasını izah edir.

Ermənistanda 2030-cu ilə qədər otlaqların sahəsi 19-22%, məhsuldarlığı isə 4-10% azalacaq. Bu, iqlim dəyişikliyi səbəbindən baş verəcək. Nəticədə yem istehsalının həcmi əhəmiyyətli dərəcədə azalacaq ki, bu da öz növbəsində təkcə heyvandarlıq sahəsinə deyil, bütövlükdə Ermənistanın ərzaq təhlükəsizliyinə də mənfi təsir göstərəcək.

Suvarma problemi

Suvarma suyu ilə bağlı problemin həlli üçün su anbarlarının tikintisi layihələrinin həyata keçirilməsi vacibdir. Amma hökumətin növbəti illər üçün nəzərdə tutulmuş proqramlarında belə layihələrdən söz eaçılmır. Ermənistan ərazisində hər il təxminən 8 milyard kubmetr su hasil olunsa da, yalnız 2 milyard kubmetr su ölkədə istifadə edilir. Su anbarlarında suyun miqdarı minimaldır. Buna baxmayaraq, su elektrik stansiyaları tam gücü ilə işləyir. Nəticədə bu gün Ermənistanda su anbarlarının vəziyyəti kritikdir. Su ehtiyatlarının qıtlığını ən çox Ararat vadisi və Şirak bölgəsindəki fermerlər hiss edəcək. Artıq mütəxəssislər Göyçə gölündə də suyun səviyyəsinin ciddi şəkildə aşağı düşdüyünü bildirirlər. Ekspertlər qeyd edirlər ki, göldə suyun səviyyəsi 11 sm aşağı enib. Bunun isə bir sıra səbəbləri var. Gölün kənarında iri ranqlı məmurların hektarlarla ərazini əhatə edən villaları, suvarma sisteminə müdaxilələr, gölü qidalandıran çayların qarşısının kəsilərək balıq vətəgələri qurulması, məmurların ərazilərinin suvarılması da bu ekoloji fəlakəti sürətləndirən əsas faktorlardır.

Yuxarıda sadalananlardan da məlum olur ki, Nikol Paşinyan hökuməti 5 il ərzində Ermənistanın iqtisadiyyatının bütün sahələrinə sarsılmaz yaralar vurub. İş o həddə çatıb ki, ölkənin qida təhlükəsizliyi artıq təhlükə altındadır. Çünki bu sahənin əsas damarı kənd təsərrüfatıdır və bu gün aqrar sektorda özbaşınalıq, rüşvət və korrupsiya, səriştəsizlik istehsal gücünü xeyli azaldıb. Meyvə bağlarının məhv edilməsi, ağacların doğranaraq odun kimi istifadə edilməsi, buğda sahələrinin azalması, suvarmadakı problemlər, səpin üçün tədarük edilən keyfiyyətsiz toxum da bu sahəni daha da iflic vəziyyətə salır. Əgər yaxın iki il ərzində hökumət bu sahədə ciddi addımlar atmasa, erməni dövlətində sözün əsl mənasında aclığın başlayacağı qaçılmaz olacaq.

Kamil Məmmədov

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR