
Türkiyədə Afyonkarahisar – Kütahya magistral yolunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, bu barədə məlumat yayıb.
Bildirilib ki, yolun Afyonkarahisardan keçən hissəsində baş vermiş qəzada ikisi uşaq olmaqla 10 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar.
Olay yerinə təcili tibbi yardım briqadaları, polis əməkdaşları və yanğınsöndürənlər cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.