
Türkiyədə Anadolu magistral yolunun Düzcə şəhəri hissəsində baş verən zəncirvari avtomobil qəzasında 14 nəfər yaralanıb.
“AVESTA.AZ” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisədə sərnişin avtobusu ilə 3 minik, 1 yolsuzluq avtomobili, habelə kiçik ticari nəqliyyat vasitəsinin iştirak edib.
Bildirilib ki, yaralananlardan 5-i uşaqdır. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.