9-02-2024, 17:44 477

Ukraynalı nazir: “Kifayət qədər silah istehsalı imkanlarına malikik” - MÜSAHİBƏ

Ukraynanın Strateji sənayelər naziri Oleksandr Kalmışin "Report"un Şərqi Avropa bürosuna müsahibəsində ölkənin hərbi sənayesi ilə bağlı yeniliklər, yeni silahlar barədə danışıb. Müsahibəni təqdim edirik.

- Son vaxtlar Ukrayna hərbi sənayesinin güclənməsi ilə bağlı xəbərlər eşidirik. Konkret olaraq hansı yeniliklər var?

- Bu gün Ukraynada müdafiə-sənaye kompleksi digər sənaye sahələrinə nisbətən xeyli sürətlə inkişaf edir. Ancaq xüsusi olaraq müdafiə sənayesi haqqında danışsaq, müdafiə seqmentləri bütün digər seqmentlərdən daha sürətli artmaqdadır. Bunlar ilk növbədə, robot sistemləri, uçan aparatlar, yerüstü sistemlər, dəniz dronlarıdır. Bütün bunlar isə cəbhədə yaxşı nəticə göstərir. Müharibə bitəndən sonra da ölkəmiz onları istehsal edib ixrac edəcək. Çünki müharibə zamanı Ukraynada meydana çıxan DefenseTech məhsulları döyüş meydanında vəziyyəti məhz kəskin dəyişən elementdir. Bu, bizim "oyun rəqiblərimizdir".

- Son vaxtlar müharibənin gedişində Ukrayna istehsalı olan dronlar barədə də eşidirik.

- Əslində, Ukraynada 1 milyondan çox FPV-dron, eləcə də bir neçə min kilometr məsafəyə uçan yüz minlərlə pilotsuz təyyarə istehsalına imkan verən texnologiyalar yaradılıb. Bu, müharibəyə yenilik gətirmək və əvvəllər edə bilmədiyimiz zərbələri vurmaq üçün bir fürsətdir. Məsələn, Rusiya ərazisində. Onun ərazisində istifadə etdiyimiz bütün məhsullar Ukraynada istehsal olunub. Dəniz dronları ilə təcrübəmiz göstərir ki, texnologiyalarımız Rusiyanın Qara dəniz donanmasını işğal olunmuş Krım ərazisindən çıxmasına imkan verdi. Və bu gün onların gəmiləri nəinki başqa limanlara üz tutur, həm əsl yerləri olan dənizin dibinə köçürlər.

- Dronların istehsalı ilə bağlı bu yaxınlarda Böyük Britaniya Baş naziri Ukrayna ilə birgə əməkdaşlığın anonsunu verdi. Daha hansı ölkələr və nə kimi istehsal gözlənilir?

- Bu gün istehsal imkanlarımız maliyyə imkanlarımızı xeyli üstələyir. Və bu gün biz 200-dən çox müəssisə tərəfindən istehsal olunan uçan, yerüstü və dəniz dronların ən effektiv modellərini müəyyənləşdiririk. Bu gün Ukraynada istehsal olunan məhsulları almaq üçün çoxlu imkanlar var. Ona görə də söhbət yalnız Ukrayna Silahlı Qüvvələrinin həyata keçirəcəyi missiyaların səmərəliliyində, tətbiq strategiyasında olacaq. Artıq kifayət qədər istehsal imkanlarına malikik. Robot sistemlərinin birgə istehsalına başladığımız 10-dan çox ölkə var. Məsələn, Bayraktar sistemləri istehsal edən Baykar zavodu fəaliyyətə başlayıb. Şirkətin direktoru Haluk Bayraktar bu yaxınlarda Ukraynada idi və biz onunla birlikdə istehsalın gedişatını yoxladıq. Şadam ki, zavod tikilməkdədir və Ukraynada müasir robot sistemləri yaratmaq və istehsal etmək imkanı var. Hazırda biz birgə istehsal etdiyimiz bir sıra ölkələrlə işləyirik və müxtəlif konfiqurasiyalarda belə sistemləri istehsal etməyə davam edəcəyik.

- Xarici yardımın azaldığı fonda Ukrayna hələ keçmiş SSRİ vaxtından malik olduğu öz potensialına əsasən daha hansı hərbi sənaye növünü gücləndirə bilər?

- Bizim əsas fəlsəfəmiz ondan ibarətdir ki, döyüş meydanındakı robot sistemlər bizə əsgərlərimizi cəbhə xəttindən uzaqlaşdırmağa imkan verir. Əsas dəyərimiz olan hərbçilərin həyatını xilas edir. Və buna görə də əsas innovasiya qərarları bu fəlsəfə ətrafında qurulur. Buna görə də bu robot sistemlər belə mühüm rol oynayır. Dəniz dronlarını misal çəkərək deyə bilərəm ki, biz onların döyüş gəmilərini heç bir şəxsi heyət itkisi olmadan akvatoriyamızdan qopardıq.

- Kütləvi hava hücumlarından daldalanmaq üçün sığınacaqlarla bağlı müharibə boyu problemlər olub və vaxtlar Ukraynada bununla bağlı ciddi addımlar atıldığını eşidirik. Hansı nəticələr əldə olunur?

-Bu gün Ukraynada 60 mindən çox sığınacaq var. Və son bir ildə biz onlardan yalnız 7 minini lazımi vəziyyətə gətirə bildik. Məsələ o qədər aktualdır ki, Prezidentimizin – Ali Baş Komandanın qərarı ilə sığınacaqların lazımi vəziyyətə gətirilməsinə koordinasiya və nəzarət etməyi mənim nazirliyimə həvalə edilib. Bu istiqamətə cavabdeh olan Timur Firudinoviç Tkaçenko adlı müavinim var. O, gecə-gündüz yalnız bu məsələ üzərində çalışır ki, Ukraynadakı bütün sığınacaqların lazımi vəziyyətdə olmasını təmin edək. O, yerli hakimiyyət orqanları ilə əlaqələri qurmağı yaxşı bacarır və buna görə də əminəm ki, sığınacaqlar yaxın vaxtda daha da yaxşı vəziyyətdə olacaq.

Paylaş

Xəbər lenti

Avropadakı diaspor təşkilatları Mamdaninin Azərbaycana əsassız ittihamı ilə bağlı bəyanat yayıb Bu gün, 20:48 Leyla Əliyeva Qəbələdən ailəvi foto paylaşdı Bu gün, 20:48 Öd kisəsi ilə bağlı yayılan 4 yanlış fikir – həkimlər xəbərdarlıq edir Bu gün, 20:48 SEPAH Kürdüstan vilayətində antiterror əməliyyatı keçirib Bu gün, 20:48 Azərbaycan gömrüyü mal və nəqliyyat vasitəsinin yoxlanılması aktını iki iş gününə təqdim edə bilər Bu gün, 19:49 Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Bu gün, 19:49 Tramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir" Bu gün, 19:48 EBRD və Azərbaycanın Energetika Nazirliyi strateji "yol xəritəsi" üzrə əməkdaşlıq edir Bu gün, 19:48 Qaxda canavarlar 5 baş qoyunu parçalayıb Bu gün, 19:48 Ceyhun Bayramov BƏƏ-nin dövlət nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Bu gün, 19:48 Bakıda sərxoş dostlar arasında dava ölümlə nəticələndi - TƏFƏRRÜAT Bu gün, 18:48 DİQQƏT! Mayın 1-də saat 10:00-dan 16:00-dək... Bu gün, 18:48 Bakıda 1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunubmuş Bu gün, 18:48 Şəhiddən qalan SON FOTO: "Onunla hər yerə getdim, bircə şəhidlikdən başqa" Bu gün, 18:48 Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək Bu gün, 18:48 WUF13-ə hazırlıq məqsədilə nəqliyyatın monitorinqi çərçivəsində bir sıra küçələrdə tənzimləmələr tətbiq olunacaq Bu gün, 18:48 "Azercell" tətbiqinə dostunu dəvət et, bonus qazan! Bu gün, 18:48 Bank kartları necə oğurlanır? - Ən təhlükəli üsullar və riskli ölkələr Bu gün, 18:48 Azərbaycanda malların gömrük dəyəri manatla bəyan ediləcək Bu gün, 18:48 Dövlət Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir Bu gün, 18:48 Birləşmiş Ərəb Əmirlikləri mayın 1-dən OPEC+ sazişindən ayrılır Bu gün, 17:48 Mətanət İsgəndərli illər əvvəl buna görə 20 kiloqram arıqlayıb Bu gün, 17:48 Aktrisa 12 ilik həyat yoldaşından boşandı Bu gün, 17:48 "Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar Bu gün, 17:48 Süni intellektin taleyi məhkəmədə həll olunur: Mask və Altman üz-üzə Bu gün, 17:48 Azərbaycan enerji təhlükəsizliyində alternativdən əsas marşruta çevrilir? - MÜHÜM MÜZAKİRƏ Bu gün, 17:48 Türkiyədə aparıcının bu qısa geyimi tənqid edildi Bu gün, 17:48 Mədəniyyət sahəsində qrantların verilməsi üçün yeni qaydalar hazırlanacaq Bu gün, 17:48 Nadir Qafarzadədən anası ilə bağlı təsirli paylaşım Bu gün, 17:48 Məşhur müğənni evlərini və maşınlarını satıb, kənddə 10 milyona zavod açdı Bu gün, 16:48 Bunu dünyada ilk dəfə Dilarə Kazımova edib Bu gün, 16:48 AAYDA-dan işdən çıxarılan bölgə rəisi məmur oğlu imiş Bu gün, 16:48 Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır Bu gün, 16:48 ABŞ-dən genişmiqyaslı hərbi hazırlıq siqnalları: Son 72 saatda... Bu gün, 16:48 Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub Bu gün, 16:48 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXIB? Bu gün, 16:48 Cıdır Atçılıq Mərkəzi təmirə bağlanır Bu gün, 16:48 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı Bu gün, 15:48 Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ! - Qiymətlər ENDİ Bu gün, 15:48 BƏƏ Prezidenti İlham Əliyevi "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülməsi münasibətilə təbrik edib Bu gün, 15:48 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətə qaytarılıb Bu gün, 15:48 Bakıda universitet binasına YANĞIN Bu gün, 15:48 Bakıda güclü külək səbəbindən 34 ağac aşıb Bu gün, 15:48 Həbs həyatı yaşayan türkiyəli məşhurlar - SİYAHI Bu gün, 15:48 KİV: Donald Trampın İranın münaqişənin həlli ilə bağlı son təklifini qəbul etməsi ehtimalı azdır Bu gün, 15:48 Şirvanda peşə liseyinə yeni direktor təyin edilib Bu gün, 15:48 Elçin Əmirbəyov Vatikanda bir sıra görüşlər keçirib Bu gün, 14:48 Prezident bir qrup sahibkarı təltif edib Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR