
Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.
"AVESTA.AZ" xəbər verir ki, idmançı 1/8 finalda hindistanlı Ora Şarmaya 2:0 (21-14,21-16) hesabı ilə qalib gəlib.
Beləliklə, o, 2200 reytinq xalı da əldə edib.
Badmintonçu yarımfinala yüksəlmək uğrunda Hindistanın digər təmsilçisi Anupama Upadhyaya ilə üz-üzə gələcək.
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.
"AVESTA.AZ"un məlumatına görə, idmançı 1/8 finalda hindistanlı Govind Krişnaya 2:0 (21-19,21-18) hesabı ilə qalib gəlib.
Beləliklə, batmintonçu 2200 reytinq xalı qazanıb.
O, yarımfinala yüksəlmək uğrunda digər Hindistan təmsilçisi Ayuş Şetti ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.