
Avstraliyada Melburn və Adelaida komandalarının oyunu zamanı ən azı 16 xokkeyçisi dəm qazından zəhərlənib.
“Report” xəbər verir ki, bu barədə ABC radiostansiyası məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb buz təmizləyən maşının çənlərindən mayenin sızması olub.
Onlar dərhal matçdan sonra tibb müəssisəsinə aparılıblar. Bəziləri artıq xəstəxanadan buraxılsa da, oxşar simptomlarla daha 7-8 nəfər müalicə alır.
Hazırda arenada qabaqlayıcı tədbirlər həyata keçirilir. Yanğınsöndürənlər havalandırma sistemində yoxlama aparır.
Bundan əvvəl, yanvarın 2-də ABŞ-ın Yuta ştatında Mormon kilsəsinin dua evində 54 nəfərin dəm qazından zəhərləndiyi bildirilmişdi. Hadisəyə səbəb istilik sistemindəki nasazlıq olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.