
Zaqatala sakini özünü asaraq intihar edib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatal rayonunun Dardoqqaz kəndində baş verib.
Kənd sakini 1984-cü il təvəllüdlü Ömərxan Makarov yaşadığı evin həyətində olan istifadəsiz mal tövləsində özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib.
Məlumata görə, 40 yaşlı Ö. Makarovun 2 azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.