Filippinin cənubundakı Davao de Oro əyalətində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb, 51 nəfər isə hələ də itkin sayılır.
“Report” TASS-a istinadən xəbər verir ki, yerli səlahiyyətlilər ölənlərin cəsədlərinin axtarışlarının davam etdiriləcəyini bildiriblər.
Xilasedicilər torpaq sürüşməsindən sonra keçən təxminən bir həftənin ardından kiminsə sağ tapılacağını gözləmirlər. Sonuncu sağ aşkar edilərək xilas edilən şəxs fevralın 9-da dağıntılar altından çıxarılmış 3 yaşlı qızdır. Uşaq 60 saata yaxın qaya və torpaq kütləsi altında qalıb.
Təxminən 9 hektara yaxın ərazidə aparılan axtarışlara yüzlərlə insan və ağır texnika cəlb olunub. Sürüşmənin hündürlüyü 30-50 m arasında ola bilər.
Xatırladaq ki, torpaq sürüşməsi fevralın 6-da baş verib və 50-dən çox evin və yerli qızıl mədəni şirkətinin işçilərini daşıyan avtobusların torpaq və qaya qırıntıları altında qalması ilə nəticələnib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.