
Norveçin “Equinor” enerji şirkəti Rusiyadan çıxışını başa çatdırıb.
“AVESTA.AZ” “Reuters”ə istinadən xəbər verir ki, “Equinor” Rusiyanı tam və nizamlı şəkildə tərk edən ilk beynəlxalq neft-qaz şirkətidir.
“Xaryaqa” layihəsindən çıxdıqdan sonra “Equinor”un Rusiyada heç bir aktivi və ya layihəsi qalmayıb”, - şirkətin bəyanatında deyilir.
Xatırladaq ki, “Equinor” şirkəti bu il fevralın 28-də Rusiyadakı birgə müəssisələrdən çıxmaq prosesinə başlayacağını bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.