
Ağdaşda 19 yaşlı qız xlordan zəhərlənib.
"AVESTA.AZ"un əldə etdiyi məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, Ağdaş rayon sakini, 2003-cü il təvəllüdlü Xatirə Seyidli evdə təmizlik işləri apararkən halı pisləşib.
Daha sonra o, xəstəxanaya yerləşdirilib. Müayinə zamanı X.Seyidlinin xlordan zəhərləndiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.