
Fransanın "Marsel" klubu baş məşqçisi Cennaro Qattuzo ilə yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib. Komanda ötən gün Liqa 1-in XXII turunda "Brest"ə uduzub - 0:1.
Qeyd edək ki, Cennaro Qattuzo 2023-cü ilin sentyabrından "Marsel"də işləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.