20-02-2024, 13:16 539

Bakının 112 yaşlı məşhur binası: kişi gimnaziyası, xəstəxana - bəs bundan sonra? - ARAŞDIRMA

Bakının mərkəzində yerləşən, gələcək taleyi məlum olmayan binalardan biri də əhali arasında “Kəndçilər xəstəxanası” (sovet dönəmində əhalinin bütün təbəqələri üçün əlçatan olması, eyni zamanda dəmir yoluna yaxın ərazidə olduğu səbəbindən belə adlandırılıb - red.) kimi tanınan keçmiş 4 saylı Şəhər Kliniki Xəstəxanasının binasıdır. Paytaxtın Nəsimi rayonu, Füzuli küçəsi, 61 ünvanında yerləşən, 1911-1912-ci illərdə arxitektor Konstantin Borisoqlebskinin layihəsi əsasında tikilən bina Bakı Realnı Məktəbindən sonra ikinci ən böyük təhsil ocağı olub. Sözügedən bina sovet işğalından sonra 4 nömrəli Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib. Tibb müəssisəsi 2018-ci ildən köçürüldüyündən bina Səhiyyə Nazirliyinin balansından çıxarılıb. Hazırda da istifadəsizdir.

“AVESTA.AZ” mövzu ilə bağlı araşdırma aparıb, binanın aqibətinin necə olacağı ilə bağlı suallara aydınlıq gətirib.

Səhiyyə Nazirliyi binanın qurumun balansından çıxarıldığını təsdiqləyib. Qeyd olunub ki, hazırda onun nazirliyə heç bir aidiyyəti yoxdur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən "AVESTA.AZ"a bildirilib ki, əmlak kompleksi (keçmiş 4 nömrəli Şəhər Klinik Xəstəxanasının binası) hazırda Dövlət Xidmətinin tabeliyindəki “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsin balansındadır. Məlumata görə, bina ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınaraq dövlət tərəfindən qorunur. Əmlak kompleksi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunun 6-cı maddəsinin 6.2.3-cü bəndinə görə özəlləşdirilməsi qadağan olunan obyektlər siyahısına daxildir.

Bina ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi qeydiyyata alınıb, dövlət tərəfindən qorunduğundan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə binanın restavrasiya olunması ilə bağlı idarənin hansısa planının olub-olmadığı sualını ünvanladıq. Dövlət Xidmətindən bildirilib ki, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 4 nömrəli Şəhər Klinik Xəstəxanasının binası Səhiyyə Nazirliyinin balansındadır: “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq istifadəsində və ya mülkiyyətində tarixi abidə olan hüquqi və ya fiziki şəxslər həmin abidəni öz vəsaiti hesabına bərpa etməlidirlər. Eləcə də həmin şəxslər mülkiyyətində olan tarixi abidələrdə bərpa, konservasiya işləri apararkən, həyata keçiriləcək işlərin layihəsini Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə təqdim etməlidirlər. Bərpa-konservasiya işlərinin layihəsi müvafiq qaydada təsdiq edildikdən sonra, həmin işlər mütəxəssislərin nəzarəti altında həyata keçirilə bilər”.

Bakının arxitektura tarixinin tədqiqatçısı Fuad Axundov “AVESTA.AZ”un suallarını cavablandırarkən söyləyib ki, ora inqilabdan əvvəl Bakının ən yaxşı təhsil müəssisələrindən biri olub: "XX əsrin əvvəllərində bu binada Bakının ən prestijli təhsil ocaqlarından olan Rusiya imperatoru III Aleksandr adına Kişi Gimnaziyası yerləşib. Təhsil ocağının fəxri himayədarı məşhur xeyriyyəçi İsa bəy Hacınski olub. Özünün də evi həmin gimnaziyanın yaxınlığında yerləşib. 2013-cü ildə Füzuli küçəsində sürüşdürülən bina onun evi idi. O zaman həmin küçə Balaxanski adlanırdı, sovet dövründə "Basin" etmişdilər. Hazırda Füzuli küçəsidir. İsa bəy Hacınski, həmçinin Bakı Şəhər Dumasının qlasnısı (deputatı) idi. O, illik 1200 rubl ianədən başqa Mineralnı Vodı şəhərində gimnaziya üçün bağ yeri də almışdı. Qeyd etmək istəyirəm ki, adıçəkilən gimnaziya bu bina tikilənə qədər də var idi. Əvvəllər o, keçmiş "Vətən" kinoteatrının binasında yerləşirdi. Sovet dövründə bu binadan xəstəxana kimi istifadə olunmağa başladı".

Fuad Axundov
Fuad Axundov

Tədqiqatçı deyib ki, binanın bundan sonrakı taleyi il bağlı düşünəndə ilk olaraq onun mühitini nəzərə almaq lazımdır: "Orada bundan sonra ya çox ciddi bir təşkilat, ya da elə təhsil müəssisəsi yerləşsə, daha yaxşı olar. Amma binanı onu əhatə edən tikililər kontekstində də nəzərdən keçirmək lazımdır. Binaya Səməd Vurğun küçəsi tərəfdən baxdıqda görmək olar ki, onun arxasında heç bir əhəmiyyəti olmayan birmərtəbəli tikili var. Həmin tikili köhnə olsa da sökülməlidir. Bu birmərtəbəli tikili XX əsrin əvvəlində plansız tikinti işlərinin əks-sədasıdır. Bundan sonra kişi gimnaziyasının binasının bir məhəllə kimi tikintisini arxa hissəyə tərəf davam etdirmək olar. Orada, hətta yeraltı parklanma yeri və digər yardımçı tikililər tikib, bu baxımdan onu müstəqil etmək olar. Yəni binada yerləşə biləcək hər hansı bir təhsil müəssisəsi və ya digər təşkilatın parklanma problemi olmayacaq".

F.Axundov vurğulayıb ki, həmin binanın gələcəyi ilə bağlı müzakirələr olarsa onun ilkin profilinin davam etdirilməsinin, yəni təhsil müəssisəsi kimi fəaliyyət göstərməsinin tərəfdarıdır.

"Bakıda inqilabdan əvvəl təhsil müəssisəsi kimi tikilmiş binalar hazırda elə təhsil ocağı kimi fəaliyyətlərini davam etdirirlər. Bu baxımdan şəhərdə bir varislik ənənəsi var. Məsələn, Azərbaycan Dövlət İqtisad Universiteti əvvəllər “Realnı məktəb”, 132-134 nömrəli orta məktəb "Qızlar gimnaziyası", Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti "Kommersiya" məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti "Mexanika-Texniki məktəb olub" - o bildirib.

Foto: Vüqar Xanlarov

Paylaş

Xəbər lenti

Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu Bu gün, 15:48 "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" Bu gün, 15:48 Laçında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Bu gün, 15:48 Şuşa, Zəngilan və Cəbrayılda Anım Günü ilə bağlı tədbirlər keçirilib Bu gün, 15:48 "Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR