20-02-2024, 16:52 548

Nazir: “Azərbaycan “yaşıl enerji” dəhlizini həyata keçirmək üçün mühüm addımlar atır”

Hazırda Azərbaycanın neft-qazdan sonra bərpa olunan enerjinin təchizatçısına çevrilmək, bu enerjinin də Avropaya nəql etmək üçün nəhəng “yaşıl enerji” dəhlizini həyata keçirmək istiqamətində mühüm addımlar atılır.

“AVESTA.AZ”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrə qatılan energetika naziri Pərviz Şahbazov bildirib.

P. Şahbazov ABŞ-nin paytaxtı Vaşinqtonda fəaliyyət göstərən nüfuzlu analitik mərkəzlərdən biri olan “Atlantik Şura”nın təşkil etdiyi müzakirələrdə iştirak edib. Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentzin moderatorluğu ilə işgüzar nahar formatında aparılan müzakirələrdə mühüm geosiyasi mövqedə yerləşən Azərbaycanın enerji resursları, xüsusilə Cənub Qaz Dəhlizi ilə Avropanın enerji təchizatının təhlükəsizliyində oynadığı strateji rolundan bəhs edilib.

COP29 ölkəsi olaraq Azərbaycanın milli və qlobal səviyyədə enerji keçidinin sürətləndirilməsi, dekarbonizasiya, metan emissiyalarının azaldılması və iqlimin maliyyələşməsi məsələlərinə dair siyasəti, bərpa olunan enerjinin inkişafı ilə bağlı kursu nəzərdən keçirilib.

Azərbaycanın müstəqil enerji siyasətinin ilk vaxtlardan Birləşmiş Ştatlarla sıx tərəfdaşlıq əsasında inkişaf etdirildiyini vurğulayan energetika naziri ölkəmizin hər zaman enerji təhlükəsizliyi təşəbbüslərinin reallaşmasında, Xəzərin neft-qaz resurslarının dünya bazarlarına çıxarılmasında bu tərəfdaşlığın müstəsna əhəmiyyət daşıdığını qeyd edib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2030-cu ilədək Azərbaycanın “yaşıl artım” ölkəsi kimi inkişafını prioritetləşdirən dövlət siyasəti enerji sektorunun transformasiyasına güclü təkan verdi. Azad edilmiş ərazilərin “yaşıl enerji zonası” kimi inkişafı, sənaye miqyaslı “yaşıl enerji” layihələrinin beynəlxalq enerji şirkətləri ilə həyata keçirilməsi, energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılması, habelə ölkəmizin emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması Azərbaycanın “yaşıl gündəliy”inin icrasında qərarlı olduğunu göstərir.

Nazir enerji keçidi və iqlim hədəflərinə nail olmaq üçün maliyyələşmə ilə bağlı qlobal həmrəyliyin vacibliyini qeyd edib. Bildirilib ki, Azərbaycan “yaşıl enerji”nin inkişafının sürətləndirilməsi və ekoloji tarazlığın qorunması üzrə beynəlxalq səylərə uğurla rəhbərlik edəcək.

Qeyd edək ki, tədbirdə Azərbaycanın ABŞ-dəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Laura Loxman, enerji və iqlim məsələləri üzrə dövlət rəsmiləri, beynəlxalq enerji şirkətləri və təşkilatlarının nümayəndələri iştirak edib.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR