21-02-2024, 14:37 481

Aİ-nin qərəzi və ikili standartı - təşkilatın əməli ilə sözü üst-üstə düşmür - ŞƏRH

Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbə qazanmasından, ərazi bütövlüyünü təmin etməsindən, bir sözlə erməni işğalına son qoymasından sonra Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması, sülh prosesi gündəmə gəldi. İlk vaxtlardan etibarən vasitəçilik iddiasında olan əsas siyasi mərkəzlərdən biri Avropa İttifaqıdır (Aİ). Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə dəfə görüş olub. Brüssel rəsmiləri hazırda da israrla özlərinin vasitəçiliyini təklif edir, Cənubi Qafqazda sülhdə maraqlı olduqlarını deyirlər.

Amma təşkilat ötən müddət ərzində ciddi nəticəyə nail ola bilməyib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində əldə edilən irəliləyişlər yalnız ikitərəfli təmaslar və Azərbaycanın səyləri fonunda olub. Aİ isə bu müddət ərzində uğursuz görüşlər keçirib, qərəzli bəyanatlar verib, Ermənistana "vəkillik" etməyə çalışıb. Beləliklə, Brüsselin səmimiliyi sual altına düşüb.

Fevralın 20-də Ş.Mişellə N.Paşinyan arasında telefon danışığı olub. Tərəflər bölgədəki durumu müzakirə ediblər. Ş.Mişel görüşlə bağlı özünün sosial şəbəkə hesabında yazıb ki, Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi Aİ-nin gündəmində əsas yer tutur.

İrəvanla Bakı arasında əlaqələrin normallaşması və regionda əməkdaşlıq mühitinin təmin olunması üçün tarixi şərait yaranıb. Bir çox əngəl artıq aradan qalxıb. Ən əsası, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Bu, o deməkdir ki, indi sülh heç vaxt olmadığı qədər yaxındır.

Sözsüz, Aİ kifayət qədər təsir gücünə malik qurumdur. Təşkilat daxilində həm Azərbaycan, həm də Ermənistanla normal münasibətləri olan dövlətlər var.

Bu iki amili nəzərə alsaq, deməliyik ki, Brüssel üçün ötən üç il ərzində sülhə nail olmaq, ən azından ciddi irəliləyiş əldə etmək o qədər də çətin olmamalı idi. Amma nəinki bu müşahidə olunmur, həm də zaman-zaman İrəvanın destruktiv mövqeyinin şahidi oluruq.

Məsələn Azərbaycanın təkidli çağırışlarına baxmayaraq, Ermənistan hələ də minalı ərazilərin dəqiq xəritəsini Bakıya təhvil verməyib.

Həmçinin fevralın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması, həmçinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan ordusunun Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçunun yaralanması, fevralın 16-da Daşkəsən istiqamətindəki Azərbaycan mövqelərinin iriçaplı silahlardan atəşə tutulması birbaşa olaraq rəsmi İrəvanın destruktiv mövqeyinin təzahürüdür.

Aİ niyə bu təxribatların qarşısını almır? Nə üçün ötən günlər ərzində Brüsselin heç bir rəsmisi İrəvana “gözün üstündə qaşın var” deməyib?! Axı sabotajlar regionda gərginlik yaratmaqla birbaşa olaraq sülh prosesinə zərbə vurur. Doğrudanmı, təşkilat Ermənistan qarşısında aciz qalıb? Əgər belədirsə, Aİ öz gücünü, fəaliyyətinin effektivliyini şübhə altına alır. Yox, belə deyilsə, onda Brüssel səmimi deyil.

Yeri gəlmişkən, adətən üçüncü aktorlar vasitəçilik prosesində ancaq öz maraqlarını nəzərə alırlar. Görünür, bu, Aİ üçün də istisna deyil. Brüssel Cənubi Qafqazda möhkəmlənmək üçün vasitəçilik iddiası ilə çıxış edir və mütəmadi olaraq Ermənistandan yararlanır.

Aİ-nin ayrı-ayrı rəsmilərinin, o cümlədən Fransa generallarının müntəzəm olaraq Ermənistana səfərləri, binoklla Azərbaycan ərazilərini müşahidəsi etməsi də onu deməyə əsas verir ki, Ş.Mişelin və digər Aİ rəsmilərinin əməlləri ilə sözləri arasında 180 dərəcə fərq var. Bu isə o deməkdir ki, Aİ Cənubi Qafqaz “meydanında” tamamilə “ofsaytda” qala bilər.

Paylaş

Xəbər lenti

Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR