
ABŞ Prezidenti Cozef Bayden “özünə görə olmadığını”, lakin eyni zamanda sələfi Donald Trampdan dəqiq yaxşı olduğunu bildirib.
“Report” a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Kaliforniyada keçirilmiş seçkiqabağı mitinqdə deyib.
“Digər prezidentlərlə müqayisədə özümə görə deyiləm, amma sonuncu oğlandan (keçmiş Prezident Donald Tramp – red.) dəhşət yaxşıyam”, – o deyib.
Bayden həmçinin Trampı “siyasi zorakılıq tərəfdarı” olduğuna görə tənqid edib. Onun sözlərinə görə, Vətəndaş Müharibəsindən (1861-1865) bəri heç bir prezidentdə belə xüsusiyyət sezilməyib.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarının ünvanına “dəli köpək oğlu” deyib. Putin amerikalı həmkarının dediklərini anlayışla qarşılayıb: “Bu mənim dediklərimə adekvat reaksiyadır. Niyə? Çünki o, “Volodya, afərin, yardım etdiyin üçün çox sağ ol” deyə bilməz”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.