
ABŞ Milli Qvardiyasına məxsus AH-64 Apache helikopteri Missisipi ştatında qəzaya uğrayıb, iki ekipaj üzvü həlak olub.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə ştatın qubernatoru Teyt Rivz xəbər verib.
"Missisipi Milli Qvardiyasının AH-64 helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu sağ qalmayıb", - Rivz “X”də yazıb.
Eyni zamanda, Missisipi Milli Qvardiyası özünün feysbuk səhifəsində “həlak olanlar haqqında məlumatların hələ təsdiqlənmədiyini” bildirib.
Hadisə yerində mütəxəssislər işləyir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.