2-09-2022, 20:00 1086

“Wolt” şirkəti iki gündür əməkdaşlarının tətil keçirməsi ilə bağlı məsələyə münasibət bildirib

“Wolt” şirkəti iki gündür əməkdaşlarının tətil keçirməsi ilə bağlı məsələyə münasibət bildirib.

Şirkətin "Report"a açıqlamasında onların xidmət göstərmək istəməməsi ilə bağlı seçimlərinin hörmətlə qarşılandığı qeyd olunub:

"Dünən və bu gün bir kuryer qrupu Bakıda tətil keçirir. Onların sifarişləri qəbul etməyib xidmət göstərməmək seçiminə hörmətlə yanaşırıq. Lakin, təəssüf ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətmək ilə əks etdirir. Bu qrup, populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermir.

Bəzi kuryerlərin narazı olub işləməməsinə anlayış ilə yanaşsaq da, çoxluq təşkil edən razı kuryer-partnyorların güc ilə qarşısını kəsib, həm onların, həm də restoranların qazanc əldə etməsinə maneyə olmasını heç bir şəkildə qəbul edə bilmərik. Biz bu məlumatı işləməyə çalışan başqa kuryer-partnyorlardan almışıq. Aldığımız məlumata əsasən, kuryerlər sifarişləri götürmək istəyən zaman bu qrup tərəfindən şifahi və fiziki cəhətdən təhdid və təhqir olunurlar. Çalışmaq istəyən kuryerlərin sifariş çatdıraraq pul qazanmağa yeganə yolu fiziki mübarizə yolu ilədir. Bu növ davranış qəbulolunmazdır və mütləq şəkildə dərhal dayandırılmalıdır. Qazanc əldə etmək istəyən kuryer-partnyorların işinə heç bir maneə göstərilməməlidir.

Anladığımıza görə, hazırkı narazılıq avqust ayının 29-da ödəniş modelimizə etdiyimiz dəyişikliklər ilə bağlıdır. Bu dəyişikliklər öncədən 12 avqust tarixində detallı şəkildə bütün kuryer-partnyorlara təqdim olunmuşdur. Eyni zamanda, 15 və 16 avqust tarixlərində kuryer-partnyorların fikirlərini oyrənmək üçün müvafiq videogörüşlər keçirilmişdir.

Yeni modelə əsasən kuryerin həm müştəriyə, həm də restorana/mağazaya qədər qətt etdiyi məsafə naviqator əsasında hesablanır. Əsas dəyişiklik məhz budur: öncə məsafə düz xətt ilə, indi isə naviqatora əsasən qurulmuş marşrut üzərindən hesablanır. Kuryer-partnyorlar bu dəyişikliyin tətbiq olunmasını uzun müddət ərzində xahiş edirdi və biz onların istəyini məmnuniyyət ilə həyata keçirdik.

Eyni zamanda çatdırılan bir neçə sifariş üçün tək ödəniş olunması barədə iddialar var, lakin bu həqiqəti əks etdirmir. Eyni anda iki sifarişi çatdırarkən kuryer-partnyorlarımız həm götürülmə, həm də çatdırılma üçün iki dəfə ödəniş alır. Tapşırıq zamanı bütün nöqtələr (götürülmə və çatdırılma məkanları) arasındakı məsafələr naviqator əsasında hesablanır və kuryer-partnyorlara kompensə olunur. Belə ki, hər iki sifariş üçün kuryer-partnyorlara ədalətli ödəniş olunur və orta saatlıq qazanc əvvəl də olduğu kimi 5-6 AZN civarında qalır. Bəli, daha uzun məsafələr üzrə qazanclar əvvəlki ilə müqayisədə daha az ola bilər, lakin çoxluq təşkil edən orta və qısa məsafəli tapşırıqlar üzrə qazanclarda hesabladığımız kimi artım müşahidə olunur. Beləliklə, ümumilikdə orta saatlıq qazanc 5-6 AZN civarında qalır. Bu isə o deməkdir ki, ortastatistik kuryer gün ərzində 8 saat işləməklə 40-50 AZN gündəlik qazanc əldə etmək imkanına malikdir.

Son olaraq qeyd etmək istərdik ki, bu dəyişikliklərin ilkin narahatlıqlar doğurduğunu başa düşürük, lakin atılan addımlar qazancı azaltmaq məqsədi ilə icra olunmamışdır. Biz kuryer-partnyorların effektivliyini artıraraq, hər zaman olduğu kimi saatlıq qazancların yüksəlməsi üzərində çalışırıq, və yeni ödəniş sistemi bu məqsədimizdə kömək edir.

Biz, məyus kuryerlərin fikirlərinə hörmətlə yanaşırıq və ilk gündən bəzi kuryer-partnyorlar ilə görüşlər keçirmişik. Görüşləri davam etdirib kuryerlərin fikirlərini dinləməyə açığıq, lakin hamını qanunlara riayət edərək, digər kuryer tərəfdaşlarına və restoranlara qarşı nümayiş etdikləri təzyiqə dərhal son qoyulmasına çağırırıq".

Paylaş

Xəbər lenti

Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Bu gün, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Bu gün, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Bu gün, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Bu gün, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Bu gün, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Bu gün, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR