
UFC döyüşçüsü Den Xuker Azərbaycan təmsilçisi Rafael Fiziyevlə qarşılaşmaq istəyir.
“Report” xəbər verir ki, bunu “Sky Sports”a açıqlamasında yeni zelandiyalı idmançı deyib.
34 yaşlı döyüşçü özündən 6 yaş böyük olan həmkarına “meydan oxuyub”: “Heç kim Fiziyevlə döyüşmək istəmir. Amma mən ona qarşı çıxmağa hazıram. Renato Moikano kimi başqa maraqlı iddiaçılar da var. Fiziyevlə döyüş maraqlı olar”.
Qeyd edək ki, hazırda UFC yüngül çəki reytinqində Rafael Fiziyev 8-ci, Den Xuker isə 10-cu sıradadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.