27-02-2024, 16:50 585

Komitə sədrinin müavini: Bələdiyyələrlə bağlı islahatlar ardıcıl şəkildə davam etdiriləcək

Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev bələdiyyələrlə bağlı islahatların ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.

Deputat “Report”a açıqlamasında qeyd edib ki, kiçik bələdiyyələrin çoxluğu, xüsusi güc və rıçaqlara malik olmaması onların birləşməsini şərtləndirən əsas səbəblərdən biridir.

Onun sözlərinə görə, kiçik bələdiyyələrin birləşdirilməsi ilə bağlı məsələ illərdir parlamentin plenar və komitə iclaslarında qaldırılır: "Ona görə də hazırda sevinirik ki, məlum istiqamətdə çox ciddi prosesə start verilib. Tezliklə məsələ müzakirəyə çıxarılacaq və bununla da bələdiyyələrin fəaliyyətində müsbət xarakterli dəyişikliklərə şahidlik edəcəyik”.

Deputat əlavə edib ki, birləşmələrdən sonra gedişatın müsbət və daha faydalı olacağı, daha dinamik xarakter alacağı mütləqdir: “Çünki qanun layihəsində nəzərdə tutulan dəyişikliklərdən sonra həm bələdiyyələrin gücü geniş şəkildə artacaq, həm onların təsir imkanları genişlənəcək, həm koordinasiya baxımından effekt hiss olunacaq, həm inzibati-idarəetmə xərcləri optimallaşaq, həm də bələdiyyələrin özlərinin saxlanılmasına sərf olunan xərclərə qənaət ediləcək. Bu isə hər kəsin arzusudur. Ələlxüsus da bələdiyyələrin və bələdiyyə üzvlərinin”.

Elşən Musayev
Elşən Musayev

Milli Məclisin üzvü qeyd edib ki, güc olan yerdə nüfuz da olacaq: “Nüfuz olan yerdə isə rentabellik, vətəndaş məmnunluğu və bələdiyyə özgüvəni artmış olacaq. Dəyişikliyin mahiyyəti, prioriteti də bu istiqamətədir - bələdiyyələrin gücünü və nüfuzunu artırmaq. Çünki dünya praktikasında bələdiyyələr ən hörmətli qurumlardan biridir. Yerli özünüidarəetmə çox ciddi funksiyadır. Düzdür, Azərbaycanda bələdiyyələrin yaşı, tarixi elə də böyük deyil və bəlkə də buna görə indiyə qədər müəyyən çatışmazlıqlar, boşluqlar olub. Amma heç şübhə etmirəm ki, həm qanunvericiliyə edilən dəyişikliklər, həm də bələdiyyələrimizdəki kadr potensialı bu sahədə inkişafı sürətləndirəcək”.

E.Musayev vurğulayıb ki, əsas yenilik məhz diqqət çəkdiyimiz birləşmələrlə bağlıdır: “Amma bu, startdır, prosesin ilkin mərhələsidir və hər birimizdə əminlik var ki, məlum istiqamətdə islahatlar ardıcıl şəkildə davam edəcək”.

Paylaş

Xəbər lenti

PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Bu gün, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Bu gün, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Bu gün, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Bu gün, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Bu gün, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Bu gün, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Bu gün, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Bu gün, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Bu gün, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Bu gün, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Bu gün, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Bu gün, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Bu gün, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Bu gün, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Bu gün, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Bu gün, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Bu gün, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Bu gün, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Bu gün, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Bu gün, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Bu gün, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Bu gün, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Bu gün, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Bu gün, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Bu gün, 16:48 "Qarabağ"ın xanım azarkeşləri üçün pulsuz biletlər Bu gün, 16:48 Ahıl qadının çantasından pul kisəsini oğurladı - ANBAAN VİDEO Bu gün, 16:48 Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib Bu gün, 16:48 İranda elektrik enerjisinin verilişi məhdudlaşdırıldı Bu gün, 16:48 Əli Əhmədov: Azərbaycanda bu il nikah potensialında olan şəxslərin yarısı evlənməyib Bu gün, 16:48 Abşeron sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR  - Kənd və qəsəbələrdə... Bu gün, 16:48 Avtomobil sürənlərin diqqətinə: Sükan arxasında ürək ritmi dəyişir Bu gün, 15:48 "50 qəpiklik moyka" aparatından  oğurluq edənləri polis saxladı Bu gün, 15:48 Özünə "iPhone 18" aldı, polis saxladı - Oğurluq etdiyi iddia olunur Bu gün, 15:48 İlham Əliyev Hikmet Çetinin ailəsinə başsağlığı verdi Bu gün, 15:48 Almaniyalı deputat Avropanı Rusiya ilə dialoqa çağırdı Bu gün, 15:48 İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair video paylaşılıb Bu gün, 15:48 Musiala yenidən huşunu itirdi – "Bayern" vəziyyətə aydınlıq gətirdi Bu gün, 15:48 İslam Rzayevin əmlaklarına həbs qoyuldu Bu gün, 15:48 ATPF və BeFit Baku arasında tərəfdaşlıq memorandumu imzalandı Bu gün, 15:48 Gələn il bazarlarda qiymətlər nədən asılı olacaq? - AÇIQLAMA Bu gün, 15:48 Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR