
Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb.
“AVESTA.AZ” -ə istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornü söyləyib.
“Bu, Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyil”, – o qeyd edib.
Nazir bildirib ki, bazar ertəsi Parisdə keçirilmiş konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması.
Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.