29-02-2024, 17:48 515

Azərbaycanda soğan əkinlərinin sığorta mövsümünə start verilib

Azərbaycanda yazlıq soğan əkinlərinin sığortalanması mövsümü başlayıb və onun çərçivəsində hesablanmış sığota haqqının yarısı fermerə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.

Bu barədə "Report" Aqrar Sığorta Fonduna istinadən xəbər verir. Fermerlər fevral-mart aylarında Fondun 1651 nömrəli Çağrı mərkəzinə zəng edərək öz təsərrüfatlarını müxtəlif təbii risklərdən sığortalaya bilərlər.

"Azərbaycanda ən çox yetişdirilən və istehlak olunan tərəvəz məhsullarından biri soğandır. Təqribi hesablamalara görə, ölkədə bir nəfər il ərzində 18 kiloqramdan çox soğan istifadə edir. Rəsmi məlumatlara əsasən, Azərbaycanda 5 280 hektar ərazidə soğan əkilir. Yerli soğan istehsalı daxili bazarın bütün ehtiyacını təmin etməklə yanaşı, həm də xarici bazarlarda da satılır. 2022-ci ilin rəsmi statistikasına görə ölkə üzrə soğan istehsalı 275 min tona çatıb. Təkcə keçən il 22,6 min ton soğan xaricə ixrac olunub, ixracdan əldə edilən gəlir isə 6,7 milyon ABŞ dolları təşkil edib, bu rəqəmlər ilbəil artmaqdadır",- məlumatda deyilir.

Bildirilib ki, Azərbaycanda mülayim iqlim şərtləri ildə iki dəfə - yazlıq və payızlıq soğan əkini həyata keçirməyə imkan verir. Düzgün qulluq, gübrələrin vaxtında verilməsi nəticəsində soğandan yüksək məhsuldarlıq əldə etmək mümkündür. Yerli soğan sortları Azərbaycanda və xarici bazarlarda mövsümdən asılı olmayaraq ilboyu yüksək tələbatla satılır, Fond əlavə edib.

Ölkədə soğan əkin sahələrin böyük hissəsi Qarabağ, Qazax-Tovuz, Mil-Muğan və Lənkəran-Astara iqtisadi rayonlarında yerləşir. Ən böyük baş soğan sahələri Bərdədədir – rayonda 1 744 ha ərazidə soğan əkilir. Ağdamda 1 079 ha, Beyləqanda 635 ha, Ağcabədidə 453 ha, Ağcabədidə 453 ha ərazidə soğan becərilir.

"Soğan hava şəraitinə, bitki xəstəliklərinə, xüsusilə də saxlanma şərtlərinə qarşı həssas bitkidir. Məhz bu səbəbdən Aqrar Sığorta Fondu tərəfindən soğan sahələrinin 50 % dövlət yardımı ilə sığortalaması imkanı yaradılıb.

Sadə misalla ifadə etsək, ölkənin ən çox soğan istehsalı bölgələrindən olan Qarabağ, Gəncə-Daşkəsən və ya Qazax-Tovuz regionlarında 1 000 manatlıq baş soğan məhsulunun baza sığorta zərfi ilə sığorta haqqı 32 manatdır. Fermer bu məbləğin cəmi 16 manatını ödəyərək öz məhsulunu sığorta etdirə bilər. Mərkəzi Aran, Quba-Xaçmaz və Lənkəran-Astara regionları üçün bu rəqəm cəmi 8 manat, Şəki-Zaqatala üçün 17 manat, Dağlıq Şirvan regionunda isə cəmi 10 manat təşkil edir", - məlumatda deyilir.

Xatırladaq ki, Azərbaycanda aqrar sığorta vasitəsilə ümumilikdə 41 bitki üzrə 48 bitkiçilik məhsulu sığortalanır. Bura tarla əkinləri, meyvə bağları, tərəvəz bostan bitkiləri və texniki bitkilər aiddir.

Aqrar sığorta vasitəsilə əkin sahələrini müxtəlif risklərdən – dolu, sel-subasma, fırtına, qasırğa, normadan artıq yağıntı, yanğın, 3-cü şəxslərin hərəkətlərindən sığortalamaq mümkündür.

Sığortadan faydalanan fermerlərin sayı sürətlə artmaqdadır. 2023-cü ildə baş vermiş sığorta hadisələrinə görə fermerlərə indiyədək 4,4 milyon manat ödəniş olunub. Hazırda zərərlərin hesablanması və ödənişlər davam edir və bu rəqəmin 8 milyon manata çatması gözlənilir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR