29-02-2024, 21:42 623

Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı ümumukrayna onlayn konfransı keçirilib

Fevralın 28-də “Xocalı faciəsi – bütün bəşəriyyət üçün faciə” mövzusunda ümumukrayna onlayn konfransı keçirilib.

"Report" xəbər verir ki, tədbir Azərbaycanın Ukraynadakı səfirliyi və Ukrayna-Türk Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunub. Onlayn konfransda Ukraynanın müxtəlif şəhərlərindən 150-yə yaxın müəllim və tələbə iştirak edib.

Əvvəlcə konfransın moderatoru, Ukrayna-Türk layihələrinin kuratoru Marına Qonçaruk çıxış edərək bu cür tədbirlərin Xocalı soyqırımının dünya ictimaiyyətində tanınması baxımından əhəmiyyətindən danışıb. Sonra o, Xocalı soyqırımı barədə slaydları təqdim edib.

Azərbaycanın və Ukraynanın tarixlərində oxşar qanlı səhifələrin olduğunu deyən səfir Seymur Mərdəliyev bildirib ki, Ermənistanın ölkəmizə qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən, tariximizin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl 7 mindən çox əhalinin yaşadığı Xocalı şəhərinin sakinlərinin soyqırımına məruz qalması olub. Ermənistanın işğalçılıq siyasəti çərçivəsində Xocalı soyqırımından əvvəl Malıbəyli, Qaradağlı, Meşəli və digər yaşayış məntəqələrində də azərbaycanlı əhaliyə qarşı qırğınlar törədilib.

“Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, bu şəhərdə törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olmuşdur. Təəssüf ki, ikili standartlar nəticəsində dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Əgər vaxtında Xocalı soyqırımına lazımi hüquqi qiymət verilsəydi, bəlkə də sonrakı illərdə dünyanın digər bölgələrində qətliamlar baş verməzdi. Cəzasızlıq həmişə yeni qətliamlara yol açır”, - S.Mərdəliyev vurğulayıb.

Ukraynalı deputat Sergey Naqornyak qeyd edib ki, Ukrayna xalqı Azərbaycan xalqının kədərini bölüşür və Xocalı faciəsi qurbanlarının xatirəsini anır. Bu vəhşi cinayəti törədənlər başqasının torpaqlarının işğalı ilə insanlığa zidd, terrorçu xislətlərini nümayiş etdiriblər.

"Sivil dünyanın Xocalı faciəsini unutmağa haqqı yoxdur. Beynəlxalq hüquq cinayətkarların cəzasız qalması hallarına dözmür, çünki bu, cinayətlərin miqyasını xeyli genişləndirir. Təəssüf ki, dünya ictimaiyyəti Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına, azərbaycanlıların öz torpaqlarından qovulmalarına, dinc əhaliyə və müdafiəsiz insanlara qarşı törədilmiş kütləvi qırğınlara, ağır cinayətlərə göz yumdu. Bu cinayəti törədən silahlılar vaxtında cəzalarına çatsaydılar, bəlkə də belə vəhşiliklərin qarşısını almaq mümkün olardı”, - S.Naqornyak əlavə edib.

Xocalı soyqırımının şahidi litvalı jurnalist Riçardas Lapaytis isə vurğulayıb ki, erməni əsgərləri oğru kimi kəndlərə soxulub, soyqırımlar törədirdilər.

“Onlar günahsız insanları qırırdılar. İstənilən beynəlxalq məhkəmədə sözümü təsdiqləyə bilərəm. Xocalı soyqırımı öz miqyasına, bu dəhşətli cinayəti törədənlərin amansızlığına və qəddarlığına görə dünya baş verən insanlıq əleyhinə ən ağır cinayətlərlə müqayisə oluna bilər. Faciənin bütün məsuliyyəti Ermənistanın üzərindədir və bu cinayəti törədənlər beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər”, - R.Lapaytis bildirib.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Oleq Kupçik, Sumı Dövlət Universitetinin dosenti tarix elmləri namizədi Anatoliy Qonçarenko, Dnepr Milli Texniki Universitetinin dosenti Filologiya elmləri namizədi Gennadi Onişenko çıxışlarında Xocalı soyqırımı barədə fikirlərini bölüşüblər.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR