1-03-2024, 16:39 536

Azərbaycan dili bacarıqlarının ölçülməsi üzrə yeni imtahan modeli hazırlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və imtahan modeli işləyib hazırlayıb.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Qeyd olunub ki, hazırda Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlara uyğun olaraq ölçülməsini nəzərdə tutan imtahanların təşkil edilməsi əsas məsələ kimi qarşıya qoyulub.

“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” ölkədə və ölkədən kənarda azərbaycanca öyrənənlər, öyrədənlər, təlim materialları hazırlayanlar və imtahan təşkil edənlər üçün əsas məqamları, məqsədləri, səviyyələrə və bacarıqlara görə təlim nəticələrini, imtahan prosesini, dilin tədrisi mövzularını, dil təlimi standartlarını müəyyən çərçivəyə salan bir proqram kimi hazırlanıb. Belə bir proqramın hazırlanması və imtahanın keçirilməsi Azərbaycan dilini öyrənənlərin dil bacarıqlarının beynəlxalq standartlar əsasında ölçülməsini təmin edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında dillər üzrə ümum-Avropa çərçivə sənədi (CEFR) istifadə olunur. Sözügedən proqram və imtahan modeli də CEFR (The Common European Framework of Reference for Languages) və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirilib. Proqramda CEFR normativləri Azərbaycan dili üzrə dil qaydalarına uyğunlaşdırılaraq təqdim olunub.

CEFR-ə əsasən, dil üzrə bilik və bacarıqlar A1-C2 arası 6 səviyyədə qruplaşdırılır:

A1 – A2 (aşağı səviyyə);

B1 – B2 (orta səviyyə);

C1 – C2 (yuxarı səviyyə).

CEFR-də olduğu kimi, bu proqramda da 6 dil səviyyəsi – A1, A2, B1, B2, C1, C2 müəyyənləşdirilib. Hər bir səviyyə əsas dil bacarıqlarını: dinləmə, oxu, danışıq və yazı bacarıqlarını təsvir edən hissələrdən ibarətdir.

DİM tərəfindən keçiriləcək imtahanlar sayəsində bu dili öyrənənlərin qeyd edilmiş bacarıqları hansı səviyyədə mənimsədikləri müəyyən olunacaq və iştirakçılara sertifikat veriləcək. Gələcəkdə sertifikatların müvafiq səviyyələrinə malik olanların həmin sertifikatın qüvvədə olduğu müddətdə Azərbaycan dili ilə bağlı müəyyən imtahanlardan azad olunması və buna uyğun normativ hüquqi bazanın yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram artıq Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib. Növbəti həftə ərzində Mərkəz proqramın təqdimatını keçirəcək və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Paylaş

Xəbər lenti

Günəşdə güclü partlayışlar gözlənilir: Tarixlər açıqlandı Bu gün, 00:48 "Haber Global"ın 8 yaşı tamam olur Bu gün, 00:48 Lənkəran xəstəxanasında nə baş verib? - İşdən çıxarılan həkimlə bağlı yeni məlumat Dünən, 23:48 Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar mərkəzini ziyarət edib Dünən, 23:48 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI Dünən, 23:48 Leyla Əliyeva XIX əsrə aid ənənəvi Azərbaycan geyimində fotosunu paylaşdı Dünən, 23:48 Alyona Əliyeva 3 nömrəli xüsusi təhsil müəssisəsində olub Dünən, 23:48 Qazaxda açıq ərazidə yanğın baş verib Dünən, 22:48 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb Dünən, 22:48 Mbappe Olisenin "Real"a keçidi ilə bağlı danışdı: "Belə məsləhət vermək hörmətsizlik olardı" Dünən, 22:48 Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib Dünən, 22:48 Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazandı Dünən, 22:48 Yeni yaranan planet aşkarlandı Dünən, 22:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? - Polis ərazini nəzarətə götürdü Dünən, 21:48 ABŞ-də ağdərili cütlüyün qaradərili körpəsi ailədə qalmaqala səbəb oldu Dünən, 21:48 Şərifov: Birgə Komissiyanın 9-cu iclası Bakı və Ər-Riyad arasında əməkdaşlığa mühüm töhfə verəcək Dünən, 21:48 "Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib Dünən, 21:48 UFO kimi qəbul edilən obyektlərin sirri: Əslində nə görürük? Dünən, 21:48 Fransa İrandan diplomatiya yoluna qayıtmağı tələb etdi Dünən, 21:48 Şahin Mustafayev: "Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır" Dünən, 20:48 Politoloq: Paşinyanın Qarabağdakı separatçı rejimə dəstəyi Praqada əldə olunan razılaşmalarla ziddiyyət təşkil edirdi Dünən, 20:48 "Vətən daşı"nın quruluşçu rejissoru: "Çox uğurlu layihə olacaq" Dünən, 20:48 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı Dünən, 20:48 Azərbaycan və Fransanın XİN başçıları görüşüb Dünən, 20:48 Xəstə halda işə, məktəbə getmək nə qədər təhlükəlidir? - XƏBƏRDARLIQ Dünən, 20:48 Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır Dünən, 20:48 Nyu-Yorkda Azərbaycan-Belarus strateji tərəfdaşlığı müzakirə olunub Dünən, 20:48 Qəzza ilə bağlı YENİ PLAN Dünən, 19:48 Politoloq: Ermənistan Vətən müharibəsindən sonrakı 3 il ərzində danışıqlar prosesində səmimi olmayıb Dünən, 19:48 "Global Media Group" və "Report" İnformasiya Agentliyi "Vətən daşı" sənədli filmini təqdim edib Dünən, 19:48 Bakıda əmlak bazarında QİYMƏT ARTIMI: Torpaq və mənzillər bahalaşdı Dünən, 19:48 "2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Dünən, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Dünən, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Dünən, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Dünən, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Dünən, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Dünən, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Dünən, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Dünən, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Dünən, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Dünən, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Dünən, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Dünən, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Dünən, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Dünən, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Dünən, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Dünən, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR