
Yəmən yaxınlığında 5,9 maqnitudalı zəlzələ olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidmətinin məlum olub.
Verilənlərə əsasən, saat 20:29-da (Bakı vaxtı ilə 21:29-da) Ərəbistan dənizində, ölkənin Sokotra adasından 360 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 10,2 km dərinlikdə yerləşib.
Quruda dağıntı və tələfatın olması barədə məlumat yayılmayıb. Regionda sunami təhlükəsi elan olunmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.