
Fici arxipelaqının sahilində 5,8 maqnitudalı zəlzələ olub.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.
Verilənlərə əsasən, yeraltı təkanların episentri adanın Lautoka şəhərindən (əhali: 52,5 min) 498 km şimal-şərqdə yerləşib. Təbiət hadisəsinin dərinliyi 28 km olub.
Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.