
Almaniyanın “Bavariya” klubu futbolçusu Erik Dayerlə müqaviləni yeniləyib.
“AVESTA.AZ”un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, Münhen klubu 30 yaşlı müdafiəçinin sözləşməsinin 2025-ci ilin yayına qədər uzadılması variantını aktivləşdirib.
Dayer hazırda müqavilə ilə İngiltərə “Tottenhem”inə məxsusdur. Lakin onun londonlularla anlaşması mövsümün sonuna qədərdir. İngiltərə millisinin üzvü yayda azad agent kimi “Bavariya” ilə 1 illik sözləşmə bağlayacaq.
Qeyd edək ki, Erik Dayer Almaniya klubunun heyətində 7 oyun keçirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.