
“Sabah” basketbol komandası Azərbaycan Kubokuna qələbə ilə start verib.
“AVESTA.AZ”un məlumatına görə, Rimas Kurtinaytisin yetirmələri B qrupunun II turunda “Şəki”ni məğlub ediblər.
İlk turda “NTD-İndiqo”ya uduzan “Şəki” digər güclü rəqibi ilə də bacarmayıb. Nəticədə “Sabah” 103:82 hesablı qələbə qazanıb.
Qeyd edək ki, qrupun digər oyununda bu gün “NTD-İndiqo” ilə “Sərhədçi” üz-üzə gələcəklər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.