
Naxçıvanda 19 yaşlı gənc bıçaqlanıb.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, 2005-ci il təvəllüdlü Abbaslı İsmayıl Yəhya oğlu bıçaq xəsarəti alıb.
Yaralı Naxçıvan Sağlamlıq Mərkəzinə aparılaraq əməliyyat olunub.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
İ.Abbaslıya Şərur rayon Cəlilkənd sakini, 2005-ci il təvəllüdlü Kərimov Tural Vəli oğlu xəsarət yetirməkdə şübhəli bilinir.
Fakt araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.