
Gəncədə 2 nəfər dəm qazından zəhərlənib.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü A Hümbətov və G.Yusibova dəm qazı zəhərlənməsi diaqnozu ilə xəstəxanaya aparılıb.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri sabitləşdikdən sonra hər iki şəxs evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.