Biləsuvar rayonunda üç nəfər dəm qazından zəhərlənib.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, bir ailənin üzvləri - 1982-ci il təvəllüdlü Ş.Mirzəyev, onun qızı 2009-cu il təvəllüdlü A.M. və 1981-ci il təvəllüdlü E.Novruzlu rayon xəstəxanasına daxil olub. Pasiyentlərə lazımi tibbi yardım göstərilib.
Onların dəm qazından zəhərlənməsi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.